Qadınlar və ictimaiyyətdə yer almaq
Həzrət Fatimeyi Zəhra (s) buyurur:
"خَیرٌللنِّساء أن لا یَرینَ الرِّجالَ وَلا یَراهُنَّ الرِّجالُ"
“Qadınların naməhrəm kişiləri görməməsi və naməhrəm kişilərin də onları görməməsi daha yaxşıdır.”
"Vəsailu-şiə", c. 14, s. 43.
Tərbiyənin zərurətləri: Qadınlar kişilərə ehtiyac duymamaq üçün özlərinə aid olan işləri öyrənməlidirlər. Məsələn, universitetlərin qadınlarla bağlı icraçı məsuliyyəti qadınların öhdəsində olarsa, şübhəsiz bu daha yaxşıdır. Təbii ki, müdiriyyət bacarığı olmayanlardan başqa, çünki bu təhsil məsələsidir. Yəni qadınlara və qızlara məxsus olan işləri idarə edən də qadınlar olmalıdır ki, naməhrəmin o işləri görməsinə ehtiyac olmasın.
Cavadi Amuli, "Zən dər ayneye cəlal və cəmal" kitabı, səhifə 298.
"Keraamat" saytına istinadən