Bizimlə əlaqə saxlayın

Sosiologiya

Övladımızın özünəinamını hansı yollarla artıra bilərik?

29 Sentyabr, 2025 86

Övladımızın özünəinamını hansı yollarla artıra bilərik?

     Öz övladınızın özünəinamını artırmaq üçün aşağı dakı yollardan istifadə edin:
     1. İstedadların çiçəkləndirilməsi: Bunun üçün ilk öncə, gərək, onun malik olduğu istedadlarını öyrənəsiniz. Bəzi uşaqların fiziki hazırlığı yüksək olur və onlar sürətlə və rahat qaça, yuxarı çıxa, velosiped sürə bilirlər. Bu uşaqların idman sahələrində inkişaf etmək imkanı daha böyük olur. Lakin onlar öz səslərini tənzimləmək və ya rəsm çəkmək qabiliyyətinə malik olmurlar və bu qəbildən olan işləri çətinliklə yerinə yetirirlər.
     Bəziləri isə hansısa bir şey düzəltmək kimi elmi və texnoloji fəaliyyət sahələrində istedada malik olurlar. Bəzi uşaqlar da yaşları ilə müqayisədə daha yüksək nitq qabiliyyətinə malik olurlar. Buna görə də birinci dəstə uşaqlar texniki sahələrdə inkişaf etmək imkanına malikdirlər, ikinci dəstə isə oxumaq və yazmaq bacanığını sürətlə öyrənə bilirlər.
     Bəzi uşaqlar rəsm çəkmək kimi incəsənət fəaliyyətlərinə xüsusi maraq göstərirlər. Bu cür uşaqlar əgər qeyri-mütənasib bədənə malik olsalar, onlara velosiped sürmək, topa zərbə vurmaq və ya üzgüçülük etmək kimi idman növləri çətin və narahatedici gələcək.
     Övladınızın istedadını öyrənmək üçün onun rəftarına diqqət edin və maraqlarına nəzər salın. Əgər o, mətbəxdə sizə kömək etmək istəyirsə, yemək bişirmə istedadına, əgər tikiş işlərində kömək etmək istəyirsə, dərzilik istedadına malikdir. Əgər güclü təxəyyül qüvvəsi varsa, ondan yaxşı yazıçı olar. Əgər yaxşı Quran, yaxud mahnı oxuyursa, bu sahələrdə inkişaf edə bilər.
     Övladınızın istedadını öyrəndikdən sonra münasib şərait yaradaraq onun adını istedadına uyğun məşğələlərə yazdırmaqla istedadlarını çiçəkləndirin.
     2. Sərbəstlik verilməsi: Uşağa həyatının ilk illərindən şəxsi işlərində (yemək yeməkdə, paltar və ayaqqabısını soyunmaqda, paltar və ayaqqabısını geyinməkdə, çimməkdə və s.), şəxsi əşyalarının (əlbəttə, yaşına uyğun əşyaların) alınmasında, məktəbə, qohumların evinə get-gəl etməkdə (əlbəttə, uşaq üçün təhlükə olmadığı təqdirdə), özündən muğayat olmaq da və ekskursiyalara getməkdə sərbəstliyin verilməsi onun özünə inamında mühüm amillərdəndir.
     3. Məsuliyyət tapşırmaq: Uşaq və yeniyetmələrə onların yaşına uyğun müxtəlif məsuliyyətlərin (evǝ lazım olan şeylərin alınması, bilet sifariş vermək, su, işıq, qaz və telefon pullarının ödənilməsi, yemək bişirmək, dərzilik, avtomobilin yuyulması, ev əşyalarının təmir edilməsi və s.) tapşırılması da onların özünəinam hissini artırır.
     4. Seçim haqqının verilməsi: Övladınıza, xüsusilə əgər o, yeniyetmədirsə, seçim haqqı verin.
 Paltar, ayaqqabı, məktəb ləvazimatı almaq, əlavə hazırlıq kursları, cibxərcliyinin xərclənməsi və bu kimi işlərdə uşağa seçim hüququnun verilməsi onun özünəinam əldə etməsi üçün yaxşı üsuldur.
     5. Uşağın şəxsiyyətinə ehtiram: Övladınızın şəxsiy yətini ucaltmaq üçün ona ehtiram göstərin. Onunla məsləhətləşmək, ailə toplantılarında onun nəzərini soruşmaq, sözlərinə qulaq asmaq, suallarına cavab vermək, hisslərini dərk etmək və s. ehtiram göstərməyin nümunələridir.
     6. Təlqin: "Bacararsan; sən bacarıqlısan; sənin gücün var; mən övladımla fəxr edirəm; belə bir övladım olduğu üçün Allaha şükür edirəm və s." kimi cümlələrlə övladınıza özünəinamın təlqin edilməsi onun özünə inanmasında olduqca böyük təsirə malikdir, necə ki dağıdıcı və məyusluq gətirən cümlələr də onun özü nəinamını məhv edir.
     Öz müsbət təlqinlərinizdən əlavə, övladınıza (8 yadan yuxarı uşağa) onun özünün də müsbət təlqinlər etməsini öyrədin. Yəni o, "mən bu işi görə bilərəm; mənim filan sahədə vəziyyətim yaxşıdır və s." kimi cümlələrlə özünə bacarıq təlqin etsin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev