On iki yaşlı oğlum başqaları üçün işləyir, amma mənim yerinə yetirməsini istədiyim işləri görmür. Bunun səbəbi nədir?
17 Oktyabr, 2025 45
On iki yaşlı oğlum başqaları üçün işləyir, amma mənim yerinə yetirməsini istədiyim işləri görmür. Bunun səbəbi nədir?
Çox ehtimal ki, o, başqaları üçün iş görəndə ya dil, ya da maddi cəhətdən təşviq edilir. Lakin sizin üçün iş görəndə siz bunu onun vəzifəsi saydığınız üçün onu təşviq etmirsiniz. Ola bilər, başqaları onunla xahişlə danışırlar, siz isə əmr və qadağa ilə danışırsınız. Həmçinin ola bilər, başqaları ona məsuliyyət tapşırırlar, amma siz ondan yalnız evin çətin işlərini yerinə yetirməsini istəyirsiniz. Eləcə də ola bilsin, başqaları onun gördüyü işə əhəmiyyət verirlər, lakin siz heç bir əhəmiyyət vermirsiniz.
Dok. Hüseyn Dehnəvi