On beş yaşlı oğlum tapşırıq və vəzifələrinin yerinə yetirilməsində tənbəllik edir. Bunun səbəbi nədir və tənbəlliyə əlac etmək mümkündürmü?
15 Oktyabr, 2025 57
On beş yaşlı oğlum tapşırıq və vəzifələrinin yerinə yetirilməsində tənbəllik edir. Bunun səbəbi nədir və tənbəlliyə əlac etmək mümkündürmü?
İnsanın tənbəlliyi zati deyil və bunun genetik və irsi kökləri yoxdur. Tənbəlliyin bir sıra səbəbləri var:
1. Proqramsızlıq: Proqramı olmayan və işləri daim bir-birinə qarışan yeniyetmədə tapşırıq və vəzifələri yerinə yetirmək həvəsi olmaz. Təklif edirik ki, ona işlərinin siyahısını hazırlayaraq yüngül işlərdən başlamağa kömək edəsiniz. Çinli filosof Lao-tszı deyir ki, min "mil"lik (Mil 1,609 km-a bərabər uzunluq vahidi) səfər kiçik bir addımla başlayır.
İlk işin yerinə yetirilməsi üçün onun girişindən başlamağınız yaxşı olar. Məsələn, əgər məqalə yazmaq istəyirsinizsə, onun girişindən başlayın. Əgər inşa yazmaq istəyirsinizsə, əvvəlcə, onun məzmununun başlıqlarını qeyd edin, yaxud hər hansı bir dərsi yazmaq İstəyəndə, əvvəlcə, onun suallarını yazın.
2. Münasib iş mühitinin olmaması: Ayrı, səliqə-sahmanlı, münasib temperaturlu və işıqlı otaq sizin yeniyetmənizdə iş və fəaliyyət marağını artıracaq.
3. İdmana laqeydlik: İdman etməyən bədən süst olur. Hər gün 10 dəqiqə idman etmək yeniyetmənin halsızlıq və süstlüyünü aradan qaldırır.
4. Namünasib qida rejimi: Soyuq yeməklər, həmçinin şirniyyat və şəkərli maddələrdən çox istifadə etmək (həzm üçün daha çox enerji tələb etdiyi üçün) bədəni süstləşdirir.
5. Tibbi səbəblər: Bəzən bədənin tənbəllik və halsızlığının səbəbi qara ciyərin pis işləməsi, böyrəyin xəstəliyə tutulması, vərəm, qara ciyərin şişməsi və ya hormon pozğunluqları olur. Bu kimi hallarda mütəxəssisə müraciət etmək lazımdır.
6. Ərincǝklik: Xoşagəlməz səciyyə olan bu səbəbi aradan qaldırmaq üçün onu mənəvi dəyərlər və böyüklərimizin nəzərləri ilə tanış edin.
İmam Cəfər Sadiq buyurur:
"Əməlin düşməni tənbəllikdir".
Dok. Hüseyn Dehnəvi