Bizimlə əlaqə saxlayın

Psixologiya

12 yaşda enurez problemi

27 Mart, 2024

Oğlumun 12 yaşının olmasına baxmayaraq, ondakı enurez problemi hələ də həll olmayıb. Bu problem nə vaxta kimi davam edəcək?

Enurez - fiziki (tibbi) mənşəyi olan istisna olmaqla uşaqların yaşları artdıqca öz-özünə həll olan problemlərdəndir. Fiziki mənşəli enurezə düçar olan uşaqlar (onlar təqribən 5 faiz təşkil edirlər) isə müalicə edilməlidirlər.
Üç yaşında olan uşaqların təqribən 49 faizi, dörd yaşlı uşaqların 26 faizi, beş yaşlı uşaqların 7 faizi xüsusi tərifi olan enurezə düçardırlar və bu problem yuxarı yaşlarda tədricən azalır. Belə ki, həmin araşdırmaya əsasən enurez on yaşlı uşaqlarda 3 faiz müşahidə edilir.
Sizin övladınız hal-hazırda (12-18 yaşlanı əhatə edən) yeniyetməlik dövrünə daxil olub ki, enurez bu yaşlı uşaqlar arasında təqribən 1.5 faiz müşahidə edilir və o, nəhayət, cinsi həddi-büluğ mərhələsinə (14 yaşa) kimi - xüsusilə əgər enurez sizin ailədə genetikdirsə - davam edəcəkdir.
Bu problem böyüklərdə çox nadir hallarda (1 faiz) davam edir. Buna görə də övladınızın universitet və evlənmək məsələləri barəsində narahat olmayın. Bu problemin tezliklə həll olacağına əmin ola bilərsiniz. Həmin mərhələyə kimi olan zaman ərzində siz bu kitabın ( yəni "Uşaqlı ailə üçün hər şey" kitabının) enurez bölməsində qeyd edilən üsullardan istifadə edərək onun psixoloji sıxıntılarını azaltmağa çalışın.

Dr. Hüseyn Dehnəvi

Müsahibələr

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev