Bizimlə əlaqə saxlayın

Psixologiya

Yeddi yaşlı oğlumun üç barmağı var. O bundan çox əziyyət çəkir və özünəinam hissini itirib. Mən ona necə kömək edə bilərəm?

05 Oktyabr, 2025 58

Yeddi yaşlı oğlumun üç barmağı var. O bundan çox əziyyət çəkir və özünəinam hissini itirib. Mən ona necə kömək edə bilərəm?

     Fiziki problemlər (bədən üzvünün naqisliyi) uşağın ruhuna, bunun da nəticəsində davranışına təsir edir. Buna görə də çalışın, onun ruhi problemlərini gücləndirən amilləri aradan qaldırın:
     1. Onun fiziki probleminə diqqət etməyin və əhəmiyyət verməyin.
     2. Əsla günah hissi keçirməyin, təəssüflənməyin və acımayın.
     3. Sizin qəmginliyiniz və bu işdən xəcalət çəkməyiniz onun psixoloji sıxıntısını daha da artırır.
     4. Sizin ondan çox muğayat olmağınız ona bu fikri təlqin edir ki, onun problemi ciddidir və mühümdür.
     5. Heç vaxt başqalarının sizin övladınızın problemi barədə pıçıltılarından narahat olmayın və reaksiya verməyin.
     Onun özünəinam hissini gücləndirmək üçün aşağıdakı üsullardan istifadə edin:
     1. Sizin övladınızın müsbət cəhətləri çoxdur. Lakin onları bilmir, yaxud onlardan xəbərsizdir. Onu malik olduğu müsbət keyfiyyətlərlə tanış edin ki, başqaları onu lağa qoyanda həmin müsbət keyfiyyətləri yadına salsın və lazım olanda onları lağa qoyana desin.
     2. Onu bədən üzvlərində nöqsan olan tarixi şəxsiy yətlərlə tanış edin ki, bu cür problemlərin insanın inkişafına mane olmadığını bilsin. Sokrat çirkin və yekǝ burun, Napaleon qisaboy, Lord Bayron və Teymur topal olublar.
     3. Onu müharibə veteranlarının elm, texnika, idman və incəsənət sahələrindəki nailiyyətləri ilə tanış edin ki, onların ciddi bədən üzvü nöqsanlarına malik olmalarına baxmayaraq, müxtəlif sahələrdə heyrətamiz uğurlar əldə etmələrindən xəbərdar olsun.
     4. Onun bədən üzvlərində naqislik olan həmyaşıdları ilə əlaqələrini çoxaldın ki, ondan da pis vəziyyətdə olmalarına baxmayaraq, həyatlarını davam etdirən şəxslərin mövcudluğundan xəbərdar olsun.
     5. Onu səmimi-qəlbdən sevin. Sizin ona eşq və məhəbbətiniz onun ruhi boşluqlarını dolduracaq.

     Bir neçə tövsiyə
     A. Onun üç barmaqlarını əlcək və ya başqa bir vasitə ilə örtməyin və ona əlini başqalarından gizlətməsini tapşırmayın.
     B. Onunla tam təbii rəftar edin. Onun məhdudiyyətlərini azaltmayın və hər hansı bir xoşagəlməz iş görəndə bacı və qardaşları kimi onu da cərimə edin.
     C. Əsəbləşəndə övladınızı danlamaqdan çəkinin və əsla onun bədən üzvündə qüsuruna işarə edən ləqəblər işlətməyin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev