On üç və on beş yaşında iki oğlum bir birindən uzunmüddətli küsürlər. Onları necə barışdırım?
26 Oktyabr, 2024On üç və on beş yaşında iki oğlum var. Onlar bir birindən uzunmüddətli küsürlər. Onları bir-biri ilə necə barışdırım?
Bilin ki, uşaq və yeniyetmələrin bir-birindən küsməsi təbiidir və əgər qısamüddətli olsa, onun hətta xeyri də var. Çünki bu onların dostluq və məhəbbətini daha da artırır.
(Şeirin məzmunu) Mən sənin məhəbbət ipini qırıram ki, bəlkə, düyünlənəndə sənə yaxın oldum.
Bu məsələ müqabilində çox həssaslıq göstərməyin. Çünki bu, bəzən diqqəti cəlb etmək üçün olur. Uzunmüddətli küsülülüyə səbəb olan zəminləri aradan qaldırın. Uşaq və yeniyetmələr arasında uzunmüddətli küsülülüyə səbəb olan amillərdən biri valideynlərin uzunmüddətli küsülülüyüdür. Çünki onlar öz ata-analarından örnək götürürlər. Çalışın, həyat yoldaşınızla olan problemlərinizi danışıq yolu ilə həll edin.
Onların bir-biri ilə barışmasına çox təkid etməyin nəticəsi yaxşı deyil. Gərək, aşağıdakı yollarla barışığa şərait yaradasınız: 1. Ailəvi gəzinti səfərləri; 2. Müştərək məsuliyyətlərin tapşırılması; 3. Anlaşılmazlığın aradan qaldırılması üçün ailə toplantılarının təşkili; 4. Mənəvi dəyərlərin təlqini (küsülülük və düşmənliyin xoşagəlməzliyi, bağışlamaq və güzəştə getməyin dəyərli olması və s.).
Həzrət Məhəmməd peyğəmbər (s) buyurur:
"Allah qardaşı ilə düşmən olandan başqa bütün mömin bəndələri bağışlayır".
Dr. Hüseyn Dehnəvi