Uşaqların tərbiyə edilməsi üçün hansı yollarla relaksiya (aramlıq) əldə etmək olar?
11 Oktyabr, 2025 60
Uşaqların tərbiyə edilməsi üçün hansı yollarla relaksiya (aramlıq) əldə etmək olar?
Relaksiya (relaxation) əldə etmək üçün aşağıdakı yollardan istifadə edin:
1. Allahın yada salınması: Aramlıq əldə etməyin ən yaxşı yolu Allahı yada salmaqdır. Allah-taala buyurur:
"Bilin ki, qəlblər yalnız Allahı yad etməklə aram tapar". (Rəd surəsi, ayə 2
2. Dərin nəfəs: Oksigeni kamil şəkildə (təqribən dörd saniyə) ciyərlərinizə alın, təqribən iki saniyə saxlayın və aram şəkildə (təqribən dörd saniyə ərzində) buraxın. Nəfəsi nə qədər dərindən alsanız, daha artıq relaksiya əldə edəcəksiniz.
3. Aramlıq yaradılması: Arxası üstə uzanın. Əllərinizi budlarınızın üstünə qoyun. Gözlərinizi yumun. Dərindən nəfəs alın. Nəfəsinizi təqribən 15 saniyə saxlayın və onu buraxandan sonra dərin tənəffüsü iki dəfə (əvvəl deyilən formada) təkrar edin.
4. Əzələ dartınması: Əllərinizin barmaqlarının hamısını bir-birinə keçirib başınızın üstünə qaldırın və bədəninizin bütün əzələlərini dartın. Bir müddət saxlayandan sonra bütün bədəninizi boşaldın. Bədəninizi o qədər süstləşdirib boşaldın ki, elə bil o, ağırlıqdan yere batacaq. Bundan sonra iki dəfə dərin nəfəs alın (yuxarıdakı 2-ci bəndə bax).
5. Yoqa: Yerdə uzanın. Əllərinizin arxasını bədəninizdən bir qarış aralıda yerə qoyun. Ayaqlarınızı çiyinlərinizin eni qədər bir-birindən aralayın. Kənar aləmdən aynılın və onu fikrinizdən çıxarın. Sonsuz səma, sakit dəniz və ağaclardan əsən meh barəsində fikirləşin.
Gözlərinizi bağlayın, dodaqlarınızı bir-birinin üstünə qoyun və dişləriniz bir-birindən bir az aralı halda ayaq barmaqlarınızın ucundan tutmuş, üzünüzə kimi bütün əzələlərinizi sıxın və çanağınızı yerdən qaldırın.
Bədəninizi bacardığınız qədər həmin formada saxlayın və birdən buraxın. Belə təsəvvür edin ki, bədəniniz yerə batır. Sonra yavaşca oturun və bardaş qurun. Əllərinizi bir-birinə sürtün və onun istiliyi ilə üzünüzü masaj edin.
Əlinizin içini qulağınızın üstünə qoyun və fırladın. Barmaqlarınızın ucunu saçınızın içinə soxun və baş dərisinin üstü ilə üzü yuxarı aparın. Bunu başın müxtəlif hissələrində (qabaq və arxa tərəflərində) bir neçə dəfə təkrar edin. Sonra gözlərinizi açın. Dünyanı gözəl görəcək və aramlıq hiss edəcəksiniz.
Dok. Hüseyn Dehnəvi