Bizimlə əlaqə saxlayın

Psixologiya

Övladımda nə vaxtdan və hansı üsullardan istifadə edərək müstəqillik ruhu yaradım?

03 Noyabr, 2024

Övladım yeni dünyaya gəlib. Nə vaxtdan və hansı üsullardan istifadə edərək onda müstəqillik ruhu yaradım?

     Valideynə bağlılıq dövrünü yaxşı keçirmək üçün övladınızın bir yaşına kimi sizə böyük ehtiyacı var. Lakin bundan sonra aşağıdakı üsullardan istifadə edərək onun bağlılığını azaldaraq müstəqilliyini artırın:
     1. Yataq otağının ayrılması: Uşağın 12-18 aylığı onun yataq otağının ayrılması üçün ən münasib vaxtdır. Otağının ayrı olması uşaqda müstəqillik ruhu yaradır.
     2. Şəxsi işlərinin özünə tapşırılması: Uşaq iki yaşından sonra öz şəxsi işlərini (yemək yemək, paltar və ayaqqabısını geyinmək və s.) özü görmək istəyir. Hətta belə bir istəyə 6 aylıq uşaqlarda da rast gəlmək mümkündür. Belə ki, o, süd şüşəsini özü tutmaq üçün anasının əlini kənara itələyir. Buna görə də onun bu fitri meylinə diqqət edin və ondan yararlanın.
     Uşağın şəxsi işlərinin yerinə yetirilməsi üçün xüsusi vaxt ayırın ki, qonaqlığa və ya uşaq bağçasına gedəndə onu sıxışdırmayasınız. Zəruri hallarda ondan bəzi işləri (şalvarının qabağını, köynəyinin düyməsini, ayaq qabısının bağını bağlamaq və s.) maşının içində görməsini də tələb edə bilərsiniz.
     3. Oyun: Evcik-evcik və bu qəbildən olan oyunlar onun müstəqilliyini gücləndirə bilər. Çünki o, oyunun içində müstəqil həyat sürməyi məşq edir.

     Bir neçə tövsiyə
     A. Uşağı çox göz altında saxlamaqdan çəkinin.
     B. Onun bacı və qardaşı ilə konfliktlərinə müdaxilə etməyin.
     C. Onun saç, köynək və yaxasını düzəltməyin.
     Ç. Kimsə sizin övladınızdan bir şey soruşanda onun yerinə cavab verməyin. Qeyd edilən bu işlər uşağın müstəqilliyini təhlükəyə atır. 

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6