Bizimlə əlaqə saxlayın

Psixologiya

Uşaqlar və hiperaktivlik

09 Oktyabr, 2024

DİQQƏTSİZLİKLƏ BİRGƏ OLAN HİPERAKTİVLİK

Yeddi yaşlı oğlum var. Məncə, o, hiperaktivdir və diqqətsizlik pozğunluğuna tutulub. Bu problemi necə aradan qaldırım?

     Yaxşı olar ki, diqqətsizliklə birgə olan hiperaktivliyin (ADHD) əlamətlərini öyrənəsiniz ki, övladınızın bu problemə məruz qalıb-qalmadığına əmin olasınız. Bu problemin əlamətləri bunlardır: İşin sona çatdırılmaması, başqalarının sözlərinə diqqətsizlik, fikir dağınıqlığı, diqqətin uzunmüddətli toplanmaması, işdən tez yorulmaq, fəaliyyət maraqlarının dəyişdirilməsi, müəllimin sözünün kəsilməsi, növbəyə riayət edilməməsi, daim qaçmaq, hündür yerlərə çıxmaq, bəzi hallarda yuxu problemi və özünəinam hissinin azlığı.
     Bu problemin qəti dərmanı yoxdur, lakin onu yüngülləşdirmək mümkündür. Yaş artdıqca hiperaktivlik azalır və diqqətsizlik yüngülləşir.
     Bilin ki, bu problemdə ailənin günahı yoxdur və o, anadangəlmədir. Atalarında bu problem olmuş uşaqlanın bu problemlə üzləşmə ehtimalları digər uşaqlar dan 35 faiz çoxdur. Diqqətsizliklə birgə olan hiperaktivliyin (qan azlığı, qalxanvari vəzinin fəaliyyət pozğunluğu, əsəb problemləri kimi) tibbi səbəbləri də ola bilər və bunun üçün mütəxəssisə müraciət etmək lazımdır.

     Bir neçə tövsiyə
     1. Bu məsələyə çox həssaslıq göstərməyin. Çünki ola bilər, o, diqqəti cəlb etmək üçün olsun.
     2. Mühiti (ev və məktəb mühitini) sakitləşdirin. Hiperaktiv uşaqlar çox səs-küylü və qarmaqarışıq yerlər də daha çox hərəkət edirlər.
     3. Yemək yeyən zaman radio və televizoru söndürün və onunla danışmayın.
     4. Diqqətsizliklə birgə olan hiperaktivliyə tutulan uşaqlar həyatlarında mütləq proqrama malik olmalıdırlar.
     5. Onun davranışlarını məhdudlaşdırın. Belə ki, hansısa bir davranışını gün ərzində sayın və uşaqdan sonrakı gündə onun sayını azaltmasını tələb edin.
     6. Oyundan istifadə edin. Ondan tələb edin ki, öz “radarını" sizin üstünüzə bağlasın və bir müddət sizi nəzərdən qaçırmasın (radar oyunu). Gözünüzü onun gözlərinə zilləyin və ona deyin ki, görək kim daha çox müqavimət göstərəcək və gözünü tez qırpacaq (göz qırpmamaq oyunu). Oyun zamanı ona deyin ki, mən sənin fikrini yayındırmaq istəyirəm, müqavimət göstər, fikrin yayınmasın (fikir yayındırmaq oyunu).
     Qeyd edilən yollarla onun fəaliyyətinin azalmasını və diqqətinin artmasını hiss edəndə onun təriflənməsini və təşviq edilməsini yaddan çıxarmayın.

Dr. Hüseyn Dehəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev