Bizimlə əlaqə saxlayın

Psixologiya

Altı yaşlı oğlum otağının qapısını bağlayır və bədənini çarpayıya sürtür. Sizcə, bu hərəkət onun cinsi sapıntıya düşməsinin əlamətidir?

23 May, 2026 42

Altı yaşlı oğlum otağının qapısını bağlayır və bədənini çarpayıya sürtür. Sizcə, bu hərəkət onun cinsi sapıntıya düşməsinin əlamətidir?

Bilməyiniz yaxşı olar ki, bu yaşda olan uşaqlarda qeyd etdiyiniz qəbildən olan hərəkətlər cinsi və əxlaqi xarakter daşımır. Bu onun əlini şalvarının içinə salmasına bənzəyir ki, onun səbəbi bədəninin qaşınması, yaxud əlinin üşüməsi, yaxud şalvarının cibinin olmaması ola bilər. Buna görə də həmin hərəkətə kəskin reaksiya verməyin, sadəcə onun səbəbini tapın ki, uşaq onu davam etdirməsin. (Bu hərəkətin davam etməsi onda bir növ ləzzətin yaranmasına səbəb olacaq və o, cinsi meyillərinin oyandığı sonrakı həddi-büluğ illərində cinsi sapıntıya məruz qala bilər.)
Övladınızın həmin hərəkətinin səbəbləri aşağıdakılar ola bilər:
1. Valideyndə həssaslıq yaratmaq: O öz otağının qapısını bağladığı üçün, çox ehtimal ki, sizdə həssaslıq yaratmaq və diqqəti özünə cəlb etmək istəyir. Çünki ola bilər, siz ilk dəfə bu hadisə ilə qarşılaşanda kəskin reaksiya vermisiniz. Əgər siz kəskin reaksiya verməyi davam etdirirsinizsə, tövsiyə edirik ki, bir müddət onun bu hərəkətinə reaksiya verməyin, diqqət etməyin.
2. Özünü kişi kimi göstərmək: Oğlan uşaqlarında kişiləşmək ruhiyyəsi var və onlar kişiləri yamsılamağı çox xoşlayırlar. Ola bilsin, o sizin öz həyat yoldaşınızla xəlvətəçəkilmə səhnələrinizi görüb, yaxud cinsi şəkil və film ilə rastlaşıb. Əgər belə bir ehtimal varsa, həyat yoldaşınızla əlaqələrinizdə, həmçinin baxdığınız şəkil və filmlərdə ehtiyatlı olun.
Bir neçə tövsiyə
A. Bu hərəkətin qarşısını almaq üçün əsla zordan və təzyiq vasitələrindən istifadə etməyin. Təzyiq vasitəsi onu inadkarlığa sövq edəcək.
B. Əgər o bu hərəkətini təkrar və davam etdirsə, emosional məqamlarda yumşaq dillə onu bu işdən çəkindirin və ona həmin əməlin düzgün olmadığını deyin.
C. Əgər o, yatanda üzü üstə yatırsa, tərif və təşviq üsullarından istifadə edərək ona münasib yatış formasını adət etdirin.
Ç. Həm siz, həm də həyat yoldaşınız düzgün yatmaqla ona münasib yatış qaydasını göstərin.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4