Dörd yaş yarım uşağın öz həmyaşıdları ilə ünsiyyətdə olması zəruridirmi və əgər uşağın münasib həmyaşıdı olmasa, nə etmək lazımdır?
29 Avqust, 2025 218
Dörd yaş yarım uşağın öz həmyaşıdları ilə ünsiyyətdə olması zəruridirmi və əgər uşağın münasib həmyaşıdı olmasa, nə etmək lazımdır?
Bəli, bu əlaqənin olması zəruridir və uşağın ruhi inkişafına, ictimai ruhunun yüksəlməsinə və "özünütəsvir" (self image) əldə etməsinə səbəb olur.
Həmyaşıdlar olmayanda, yaxud münasib həmyaşıd tapmayanda yaxın qohumlardan olan yaşıdlarla əlaqələr, ata-ananın yaşıd rolunu oynaması, uşağın oyuncaqlarla (gəlincik, tüklü ayı və s. ilə) həmyaşıd kimi oynaması, müvafiq məzmunlu hekayələrin danışılması həmyaşıdlarla əlaqə boşluğunun yerini müəyyən qədər doldura bilər.
Uşağın münasib olmayan yaşıdları ilə əlaqələrinə zəruri olduğu hallarda (imkan olmayanda və ya uşaq onlara bağlananda) çox həssaslıq göstərməyin. Çünki siz həssaslıq göstərəndə onun onlara bağlılığı daha da artır.
"İnsan çəkindirildiyi şeyə həris olur". (Təfsiri Şərif Lahici, c. 1, s. 292)
Siz övladınızın həmin əlaqədən daha az təsirlənməsi üçün onun həmin uşaqla ünsiyyət müddətini azalda, yaxud uşaqların görüşünü öz evinizdə təşkil edə bilərsiniz ki, onların hərəkətlərinə birbaşa nəzarət edəsiniz və lazım olanda (məsələn, onun yaşıdlarının nalayiq sözlər danışmasını müşahidə edəndə) münasib reaksiya ilə onların hərəkətinə müdaxilə edəsiniz.
Gərək, həmyaşıdların mənfi təsirini azaltmaq üçün evdə sağlam mühit yaradasınız. Belə ki, gərək, uşaqla ruhi əlaqənizi gücləndirəsiniz, onun özünəinam hissini artırasınız və ona nəyin dəyərli və nəyin dəyərsiz olmasını izah edəsiniz.
Məqsəd övladınızın evdən kənar mühitdə (uşaq bağçasında, hazırlıq qrupunda, məktəbdə və s.) sağlam qalması və başqalarının pis təsirləri altına düşməməsi üçün möhkəm mədəni dayağın yaradılması və onun dini ruhunun gücləndirilməsidir.
Dok. Hüseyn Dehnəvi