Tərbiyədə aramlıq tapmağın yolu
Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq. (Nisa surəsi, ayə 31)
Tərbiyədəki tələblər: Tərbiyədə ümumi prinsiplərə diqqət yetirilməli, xırdalıqlara fikir verməkdən çəkinilməlidir. Mümkündür ki, bir tərbiyəçi cuzi səhvlər etsin. Məsələn yersiz əsəbləşsin. Amma əsas və böyük işləri düzgün görsə, Allah kiçik səhvləri ört-basdır edər və əvəzini verər. Belə bir baxış tərbiyəçi və valideynlərdə narahatlıq vəziyyətini aradan qaldırır.
Höccətül-islam Qasimian
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən
P.S. Tərbiyə prosesində insan — istər müəllim, istər valideyn olsun — mükəmməllik axtarışında boğulmamalıdır. Əsas odur ki, ümumi istiqamət doğru olsun. Əgər bir tərbiyəçi bəzən əsəbləşərsə, bəzən bir sözü yerində deməzsə də, Allah onun böyük və doğru niyyətlə gördüyü əsas işləri qəbul edər və kiçik səhvləri bağışlayar.
Bu baxış tərbiyəçiyə ruhi aramlıq bəxş edir — çünki o anlayır ki, mükəmməl olmaq deyil, səmimi və doğru istiqamətdə olmaq əsasdır.