Bizimlə əlaqə saxlayın

Psixologiya

Qorxu ilə iztirabın fərqi nədir?

27 Avqust, 2024

Qorxu ilə iztirabın fərqi nədir?

     İztirab bir növ daxili qərarsızlıqdır ki, məchul qorxu və ya naməlum vəhşətdən qaynaqlanır. Uşaq daxilən aramsızdır. Çünki o, qaranlıq və naməlum bir şeydən qorxur. Lakin qorxu müəyyən səbəblər qarşısında verilən reaksiyadır. Məsələn, uşaq qaranlıqdan və heyvandan qorxur. Qaranlıq və heyvanın özü ona qorxu gətirir. Ayaqyolundan qorxur, çünki onun fəzası və onda olan dəlik uşaqda qorxu yaradır. Lakin imtahan barəsində iztirabı var. İmtahanın özünün qorxusu yoxdur. İmtahana getmək və partada oturub bir neçə suala cavab vermək qaranlıqda bir heyvanın yanında oturmaq kimi qorxulu deyil. Lakin imtahanın qaranlıq nəticəsi - "əgər imtahanda uğur qazanmasam, necə olacaq?", "əgər yaxşı qiymət almasam, ata-anam mənimlə necə davranacaq, müəllim və dostlarım nə deyəcək?" kimi fikirlər onda stress yaradır.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz