Beş yaşında qızım var. O, hər şeyi bilmək istəyir və hər şey barədə sual verir. Onunla necə davranım?
28 Oktyabr, 2024Beş yaşında qızım var. O, hər şeyi bilmək istəyir və hər şey barədə sual verir. Onunla necə davranım?
Üç-altı yaş arası, uşaqların hər şeyə maraq göstərdiyi yaşlarıdır. O, hər şeydən baş çıxarmaq istəyir. Odur ki, həmin vaxt uşağa lazımi məsələlərin öyrədilməsi və onun məlumatının artırılması üçün ən yaxşı vaxtdır.
Heç vaxt uşağın sualını lağa qoymayın, onun çox saylı suallarından bezməyin və onları yorğunluq və narahatlıq amili saymayın. Əgər işiniz varsa, mehribanlıqla ona sualına başqa vaxt cavab verəcəyinizi deyin. Uşağa "sonra başa düşəcəksən" ,yaxud "böyüyəndə biləcəksən" kimi cavabların verilməsi düz deyil. Çünki onda uşağın hər şeyi bilmək marağı təmin olunmur və o, başqalarına müraciət edir. Ola bilər, başqaları da ona münasib, yaxud düz cavab verməsin və onun üçün gələcəkdə problemlər yaratsınlar.
Uşaqların əksəriyyəti sadə cavablarla qane olurlar. Uşaq soruşur: “Nə üçün inəyin ayağı var". Cavab verirsiniz ki: "Ayaq üstə dura bilməsi və bədənin yerə dəyməməsi üçün". Əgər o bu cavabla qane olmasa, onun özündən soruşun ki: "Bəs sən nə fikirləşirsən? "Cavab verəcək ki: "Yol getmək üçün". Siz ona “afərin" deyin və bu məqamdan əlavə məsələlərin öyrədilməsi üçün istifadə edin. Ondan soruşun ki: "İnək nəyi sevir? "O: "otu" - deyə cavab verəcək.
- İnəyin ayaqlarının ona nə köməyi dəyir?
- O, ayaqları ilə ota tərəf gedir.
Uşağın cavabını bilmədiyiniz sualları ilə qarşılaşan da onun əlindən tutub evdəki kitab rəfinə tərəf gedin və cavab tapmaq üçün kitablardan istifadə edin. Bunun üçün uşaq ensiklopediyaları faydalı ola bilər. Həmçinin "Encarta 2000" proqramı da faydalı ola bilər. Eyni zamanda uyğun internet saytlarından da istifadə edə bilərsiniz.
Dr. Hüseyn Dehnəvi