Bizimlə əlaqə saxlayın

Psixologiya

Özünəinamın uşağın özünə və başqalarına nə xeyri var?

17 Sentyabr, 2025 74

Özünəinamın uşağın özünə və başqalarına nə xeyri var?

     Özünəinam hissinə malik uşağın həyatı daha şad, rəngarəng, emosional və ləzzətli olur. Özünəinam hissinə malik olan uşaq özünü sevir və öz uğurları ilə fəxr edir, nəticədə müxtəlif mühitlərdə öz dəyər, etiqad və ədəbindən əl çəkmir.
     O öz bacarıqlarından çox yaxşı istifadə edir və öz vücudunda olan istedadlardan bəhrələnəndə məmnunluq hiss edir.
     Özünəinam hissi əldə etmiş uşaq səmimi və riyasız olur və özünün və ailəsinin xüsusiyyətlərini (sərvətini, ata, yaxud anasının vəzifəsini, maddi imkanlarını və s.) nümayiş etdirməklə həmyaşıdlarını təsir altına salmağa çalışmır, əksinə, onlara öz şəxsiyyəti ilə təsir göstərir.
     Özünəinam hissinə malik uşaq hegemonluq etmək istəmir, lakin məsuliyyət qəbul edir. O, başqaları ilə yaxşı münasibətdə olmağa çalışır. Həmçinin özünü kamil hesab etmir, özünün zəif cəhətlərini və səhvlərini bilmək istəyir, uğursuzluqlara rahat qatlaşır.
     Özünəinam hissinə malik uşağın fiziki qüsuru olsa, yaxud zahiri görünüşü gözəl olmasa, yaxud boyu uzun və ya qısa olsa, ailəsi iqtisadi baxımdan zəif olsa, yaxud atası aşağı vəzifədə işləsə, anası savadsız olsa və s. belə, məğlubiyyət hiss etmir və başqalarının ona lağ etməsi onu guşənişinliyə sürükləmir. O, yeniyetməliyində narkotik maddələrin və digər cinayət əməllərinin, qeyri-qanuni və qeyri-əxlaqi işlərin arxasınca getmir.
     Özünəinam hissinə malik uşaq həmyaşıdlarını təhqir etmir, incitmir, eqoist və bədbin deyil və başqalarından sui-istifadə etmir.
     O, harda necə davranmaq lazım olduğunu, hansı davranışın daha münasib olduğunu bilir.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar