Özünəinamın mənası nədir? Görəsən, o, Allaha inamla ziddiyyət təşkil etmir ki?
14 Sentyabr, 2025 75
Özünəinamın mənası nədir? Görəsən, o, Allaha inamla ziddiyyət təşkil etmir ki?
Özünəinamın mənası insanın özünün dəyərli olmasını hiss etməsi, yəni sizin övladınızın öz bacarıq va istedadlarına səmimi qəlbdən inanmasıdır. Başqa sözlə desək, onda belə bir inam olmalıdır ki, o, hər hansı bir işi görmək istəsə, onu yerinə yetirmək bacarığına malikdir və onda bu məsələyə şübhə olmamalıdır. Viktor Hüqonun dili ilə desək, o, titrəyən budaqda oturmuş və budağın titrəməsini hiss etməsinə baxmayaraq, öz qanadlarına etimad etdiyi üçün mahnı oxumağa davam edən quş kimi olmalıdır.
Özünəinam Allaha inamla ziddiyyət təşkil etmir, əksinə onun mənası insanın öz bacarığına inanaraq onların kökünü Allahdan bilməsi, malik olduğu hər şeyin Allaha məxsus olmasına, Allahın bütün imkan və qüdrətləri ona öz ayağı üstündə dayanması və başqalarına möhtac olmaması üçün verməsinə etiqad bəsləməsidir. Odur ki, qeyd edilən mənada olan özünəinam Allaha təvəkkül etməklə əsla ziddiyyət təşkil etmir.
Özünəinam o vaxt Allaha etimad müqabilində dayanar ki, övladımız öz gücünün mənbəyi olan Allahı yaddan çıxarsın. Bu cür özünəinam Şeytanın ən böyük tələlərindəndir. İmam Əli bizi ondan çəkindirərək belə buyurmuşdur:
"Özünəinam(ın Allahın yaddan çıxarılması formasın)dan çəkinin. Çünki o, Şeytanın ən böyük tələlərindəndir".(Ğürərul-hikəm və dürərul-kəlim, s. 307)
Dok. Hüseyn Dehnəvi