Övladlarımızda özünəinam hissi yaratmaq üçün zəmin yaratmaq lazımdırmı?
18 Sentyabr, 2025 72
Övladlarımızda özünəinam hissi yaratmaq üçün zəmin yaratmaq lazımdırmı?
Bəli, əgər zəmin yaratsanız, övladınız özünə daha çox və daha yaxşı inanar. Bu işə zəmin yaratmağın aşağıda göstərilən üsulları vardır:
1. İmanın gücləndirilməsi: Sizin övladınızın Allaha imanı hər nə qədər çox olsa, özünəinam hissi də bir o qədər artar. Allaha iman uşağın həyata ümidlə baxmasına, onun barəsində müsbət düşünməsinə və nəticə də onun özünəinam hissinin artmasına səbəb olur.
2. Şəxsiyyət hissi: Xüsusi mədəniyyətə mənsubiyyət, nəsil şəcərəsi ilə tanışlıq, yaxşı dəstələrə (məktəb, idman komandası, dini icmalara və s.) bağlılıq uşağın, xüsusilə yeniyetmənin özündə şəxsiyyət hiss etməsinə səbəb olur və onun özünəinam hissini gücləndirir.
3. Tərif və təşviq: Uşağın valideyn tərəfindən təriflənməsi (yaxşı işlərinə görə təriflənməsi və onun müsbət cəhətlərinə diqqət) onda özünəinam hissi yaranmasına zəmin yaradır.
4. Əlverişli şəraitin yaradılması: Uşağın texniki və bədii işlər görməsi, mütaliə etməsi üçün əlverişli şəraitin yaradılması, lazım olan avadanlıqların (stol, stul, stolüstü lampa, kitab, əyani vəsait və s.) tədarük görülməsi də onun fəaliyyət və inkişaf marağını artırır və onun özünəinam hissinin güclənməsinə müsbət təsir göstərir.
5. Böyük şəxsiyyətlərin həyatının mütaliə edilməsi: Övladınıza münasib kitablar hədiyyə etməklə onu böyük tarixi şəxsiyyətlərin həyat hekayələrini oxumağa təşviq edin. Uşağın, xüsusilə aşağı yaşlarda böyük şəxsiyyətlərin müvəffəqiyyətləri ilə tanış olması onun özünəinam hissinin artmasına zəmin yaradır.
Seyid Rəzi 17 yaşında kitab yazıb və 20 yaşında zəmanəsinin bütün elmlərini öyrənib başa çatıb.
Volter 19 yaşında yazıçılığa başlayıb.
Paskal 12 yaşında həndəsi məsələləri həll etmǝyǝ başlayıb və 19 yaşında kalkulyatoru ixtira edib.
İbn Sina 21 yaşında dəyərli əsərlər yazıb.
Fəxrul-mühəqqiqin 25 yaşında zəmanəsinin ən yüksək alimlərindən sayılırdı. Nyuton 25 yaşında yerin cazibə qanununu dərk edib.
Dok. Hüseyn Dehnəvi