Bizimlə əlaqə saxlayın

Psixologiya

Övladın özünəinam hissinə malik olmasında valideynin təsiri nə qədərdir?

19 Sentyabr, 2025 140

Övladın özünəinam hissinə malik olmasında valideynin təsiri nə qədərdir?

     Valideynin uşaq dünyaya gələndən uşaqla davranışı və onların körpəlikdən uşaq barəsindəki nəzərləri onun özünü dəyərli və nəticədə yüksək özünəinama malik, yaxud bacarıqsız və dəyərsiz varlıq hesab etməsinə səbəb olur.
     Uşağa qayğı göstərmək, körpəliyində ona yemǝk vermək, onu qucağa götürmək, əlindən tutmaq, onu nəvaziş etmək, onunla oynamaq, üzünə gülmək, onunla söhbət etmək, məhəbbətlə onun üzünə baxmaq, yerini isti etmək və maddi ehtiyaclarını təmin etmək onun məmnunluğuna və gələcəkdə özünəinam hissinə malik olmasına səbəb olur. Həmçinin əgər onun bu maddi istəklərinə diqqət yetirilməsə (onun süd və yemək üçün çox ağlaması, yerinin yaş vǝ soyuq olması və s.), yaxud ona ruhi baxımdan diqqət göstərilməsə (məsələn, yerə yıxılanda ona diqqət yetirilməsə), döyülsə və həmişə mənfi reaksiyanı təcrübə etsə, gələcəkdə özünü dəyərli varlıq hesab etməyəcək.
     Uşaq sözlərlə tanış olduğu və valideynlərinin danışıqlarını dərk etdiyi 2 yaşdan sonra öncə qeyd edilən rəftarlarla (qucağa almaq, üzünə gülümsəmək və s.) birgə olan sözlərini (sən yaxşısan, qəşəngsən, gözəlsən, məzəlisən, ağıllısan, şirinsən və s.) götürüb özü nünküləşdirir və bu onun gələcəkdə özü barəsində müsbət qənaətdə olmasına səbəb olur.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar