Bizimlə əlaqə saxlayın

Psixologiya

Övladımın əqli yaşı onun təqvim yaşından iki il aşağıdır və əqli çatışmazlığı var. Onunla necə davranım?

26 Oktyabr, 2025 21

Övladımın əqli yaşı onun təqvim yaşından iki il aşağıdır və əqli çatışmazlığı var. Onunla necə davranım?

     Əqli yaşı (mental age) təqvim yaşından az olan uşaqların orta səviyyəli uşaqlarla elə də fərqi olmur. O da oynamağı (torpaqla oynamağı, ağaca çıxmağı, ev tikməyi, oyuncaqları və s.) sevir, bir fərqlə ki, o, daha kiçik uşaqlar və aşağı yaşlı uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara meyil göstərir. Odur ki, bu kimi işlərdə öz övladınızla təbii davranın və yemək yeməyi öyrənmək, ayaqyoluna getmək, nizam-intizama riayət etmək və s. kimi işlərdə ondan əqli yaşından artıq bir şey gözləməyin.
     Siz, gərək, bu işlərdən çəkinəsiniz:
     1. Günah hissi keçirməyin və özünüzü müqəssir bilməyin. Sizin günah hissi keçirməyiniz ona həddən artıq diqqət etməyinizə səbəb olur və bu artıq diqqət digər övladların, hətta həyat yoldaşınızın paxıllığı kimi bir sıra problemlər yarada bilər.
     2. Belə övladınız olduğu üçün xəcalət çəkməyin. Bu cür övladı olduğu üçün xəcalət çəkən valideynlər onu sevmirlər. Həmin uşağı nə qədər çox sevsəniz və ona nə qədər çox məhəbbət göstərsəniz, o, daha ürǝyəyatan və əziz olacaq.
     3. Onun yaxşılaşmasından ümidinizi kəsməyin. Əgər ümidinizi kəssəniz, onun münasib təhsil alması, ona oyuncaqların alınması və oynaması üçün yoldaş tapılması istiqamətində addım atmayacaqsınız və nəticədə onun istedadları çiçəklənməyəcək.
     4. Onun əqli geriliyini nəzərə almamağa çalışmayın. Bəzi valideynlər başqalarına əqli geriliyi olan övladlarının dərrakəli olmasını sübut etməyə çalışırlar. Buna görə də uşağa ədəb və ünsiyyət qaydalarını, ayaqyoluna getməyi, yemək yeməyi öyrətmək və onu inkişaf etdirmək üçün incidirlər və bu onun valideyn qarşısında müqavimət göstərməsinə və özünəinam hissini itirməsinə səbəb olur.

Dok. Hüseyn Dehnəvi