On altı yaşlı qızım özünəinam hissi zəif olduğu üçün qonaqlıqlarda, yoldaşlarının və qohumların arasında danışmaqdan qorxur. Onun özünəinamını necə artıra bilərəm?
27 Sentyabr, 2025 99
On altı yaşlı qızım özünəinam hissi zəif olduğu üçün qonaqlıqlarda, yoldaşlarının və qohumların arasında danışmaqdan qorxur. Onun özünəinamını necə artıra bilərəm?
Övladınızın cəmiyyət arasında susmasının səbəbi budur ki, o, söhbət edəndə sözlərinin dəyərsiz olmasından və sonda onun xəcalət və təhqir edilməsi ilə nəticələnməsindən, yaxud ondan cavabını bilmədiyi sual soruşulmasından qorxur.
Bu problemin aradan qaldırılması üçün aşağıdakı üsullardan istifadə edin:
1. Özünəinam yaratmaq üsullarından istifadə etməklə onun özünəinam hissini artırın.
2. Onun birinci dərəcəli qohumlarla (nənə, baba, əmi, dayı, xala və s.) əlaqələrini ilk mərhələdə öz evinizdə, sonrakı mərhələlərdə onların evində artırın (övladınız tanış mühitlərdə daha rahat söhbət edəcək).
3. Ona təklif edin ki, (qonaqlıqlarda) əvvəl uşaqlar üçün nağıl danışsın, sonra məhrəm qadınların arasında söhbət etsin (əlbəttə, qısa, aydın, əvvəldən hazırlanmış mətləbləri, özü də tanış sözlərlə. Sonrakı mərhələdə məhrəm qadın və kişilərin arasında, daha sonra məhrəm və naməhrəm xanımların arasında və sonrakı mərhələdə ümumi məclisdə.).
4. Övladınıza başa salın ki, başqaları ilə danışanda sadə söhbətlərdən (tətillər, yeni xəbərlər, hava, su və s. barəsində) başlasın və onların şəxsi məsələləri (evlənmələri, yaşadıqları yer, işləri və s.) barədə danışmaqdan çəkinsin. O, gərək, əvvəldən hazırlanmış mövzuları zehnində təkrar etsin və soyuqqanlığını qoruyaraq onları sakit tərzdə bəyan etsin.
5. Gülərüzlülük və danışanda qarşı tərəflə gözlə ünsiyyətdə olmaq çox yaxşıdır.
6. Söhbətə başlamamışdan üç dəfə dərindən nəfəs almaq onun həyəcanını azaldır.
7. Söhbətə daha hazırlıqlı olmaq üçün Allahın adını dilə gətirmək və Ta-Ha surəsinin 25-28-ci ayələrini oxumaq da olduqca təsirlidir:
"Rabbişrah li sadri; va yəssir li əmri; vahlul uqdətənmin lisani; yəfqahu qauli".
Övladınız bilməlidir ki, o, cəmiyyət arasında söhbət etmək istəyəndə həyəcan yaradan fikirlər onu söhbətdən yayındırmaq üçün ona hücum edəcək. Həmin vaxt qorxu ona hücum etməmiş, o, qorxuya hücum etsin, bu cür fikirlərin qarşısını alsın və dərhal əvvəldən hazırlanmış məsləni bəyan etsin.
İmam Əli buyurur:
"Bir işdən qorxanda özünü onun içinə at". (Nəhcül-bəlağə, qısa kəlamlar, 571)
Dok. Hüseyn Dehnəvi