Səkkiz yaşında oğlum var. O, çox başısoyuqdur və mənim sözlərimə diqqət etmir. Bu ona ziyan vura bilərmi?
25 Oktyabr, 2025 31
Səkkiz yaşında oğlum var. O, çox başısoyuqdur və mənim sözlərimə diqqət etmir. Bu ona ziyan vura bilərmi?
Uşağın diqqətsizlik və başısoyuqluğu adi həddə olsa, təbii sayılır. Amma əgər adi həddi keçsə, ona ziyan vura bilər və həmin ziyanlar onun özünəinam hissini əlindən alır.
Bu davranışın yüngülləşməsi üçün onun köklərini tapın və aradan qaldırın:
1. Psixoloji problemlər: Sizin övladınızın başısoyuqluğunun səbəblərindən biri psixoloji problemlərdir. Həmin problemlər evə, yaxud məktəbə aid ola bilər. Siz övladınızla söhbət edərək, yaxud məktəblə əlaqə yaradaraq onun kökünü tapıb aradan qaldıra bilərsiniz.
2. Zehni məşğulluq: Ekskursiya, yarış, imtahan, dostlarla görüş və s. uşağın zehnini özünə məşğul edir və o, başısoyuq olur. Uşağın bu hallarda diqqətsiz və başısoyuq olması təbiidir və onu yola vermək lazımdır. Bu problemə böyüklərdə də çox rast gəlmək mümkündür.
3. İşdən qaçmaq: Valideynlərin çoxsaylı əmr və qadağaları uşağı yorur və bu hal onun sizin sözlərinizə diqqət etməməsinə səbəb olur. Buna görə də əmr və qadağalanı orta həddə salın.
4. İşə qərq olmaq: Uşaq bəzən hansısa bir işə (televizora baxmağa, kompüterlə oyuna, həmyaşıdları ilə oynamağa və s.) elə qərq olur ki, sizin səsinizi, həqiqətən, eşitmir. Bu kimi hallarda onun diqqətsizliyinə göz yumun.
Bir neçə tövsiyə
A. Sual və göstərişin aydınlığı: Uşaqdan bir şey soruşanda və ya ona hansısa bir göstəriş verəndə, sual və göstərişiniz aydın olsun və göstərişinizi dəyişməyin.
B. Uşağın birbaşa sizə baxması: Onunla danışan zaman və ya ondan bir şey istəyəndə gözlə ünsiyyət qurulması lazımdır.
C. Özünü ələ almağın öyrədilməsi: Ona şifahi danIşıq ilə öz davranışına nəzarət etməyi öyrədin. Məsələn, desin ki: Gǝrǝk, diqqətimi işə cəmləyim, fikrimi dağılmağa qoymayım.
Ç. Xoşagəlməz ləqəblərdən istifadədən çəkinmək: Bəzi valideynlər öz başısoyuq övladlarına əfəl, sadəlövh, kor, gic, yelbeyin və s. kimi xoşagəlməz ləqəblər qoyurlar. Bu, düz iş deyil. Onlar, gərək, yaddan çıxmasınlar ki, bu ləqəblər uşağa həmin mənaları təlqin edir.
Dok. Hüseyn Dehnəvi