On dörd yaşlı övladıma nəsihət verən zaman o, çox müqavimət göstərir. Problem nədədir?
11 Noyabr, 2025 103
On dörd yaşlı övladıma nəsihət verən zaman o, çox müqavimət göstərir. Problem nədədir?
Əgər sizin nəsihətləriniz aşağıdakı formalarda olsa, övladınız (xüsusilə yeniyetmə) onun müqabilində psixoloji müqavimət göstərəcək.
1. Nəsihətin danlayaraq edilməsi: Nəsihəti danlayaraq verməyin. Nəsihət verən zaman "sən nə vaxt adam olacaqsan?" kimi cümlələrin işlədilməsi onun təsirini aradan aparır.
2. Nəsihətin göstərişlə birgə olması: Öz nəsihətlərinizi əmr formasında verməyin. "Sənə göstəriş verirəm ki,…" kimi cümlələrin təsiri olmayacaq.
3. Nəsihətin pis ləqəblərlə birgə olması: Nəsihət verən zaman pinti, bacarıqsız, əfǝl, çolaq, sadəlövh və s. kimi pis ləqəblərdən istifadə etməkdən çəkinin.
4. Nəsihətin hədə-qorxu ilə birgə olması: Hədə-qorxu ilə birgə nəsihət vermək yeniyetməni psixoloji müqavimət və inadkarlığa sövq edir. Buna görə də onu "əgər bir də…" kimi cümlələrlə təhdid etməyin.
5. Nəsihətin xəbərdarlıqla birgə olması: Bəzi valideynlər elə bilirlər ki, əgər öz nəsihətlərini "bədbəxt olacaqsan; yazıq günə düşəcəksən; dilənçi gününə qalacaqsan;" - kimi cümlələrlə birgə etsələr, nəsihətləri daha təsirli olacaq. Lakin əslində belə deyil və ola bilər, bədbəxtlik və biçarəliyi öz övladlarına onlar özləri təlqin etsinlər.
6. Nəsihətin hisslərin kəskin təhrik edilməsi ilə birgə olması: Bəzən valideynlər (xüsusilə ana) öz övladına nəsihət verən zaman onun hisslərini həddən artıq çox təhrik edirlər ki, bu hisslərin korlanmasına daha çox bənzəyir. Hisslərin təhrik edilməsi övlad tərbiyə etmək üçün gözəl üsullardandır. Lakin nəsihətin "sən bu işinlə məni öldürəcəksən" kimi cümlələrlə birgə olması yeniyetməyə psixoloji təzyiq göstərməkdən əlavə, onun öz təsirini də aradan aparır.
7. Tənə və lağ: Övladınıza nəsihət verən zaman ona tənə vurmayın, onu "səliqə-sahmanda sənə çatan olmaz!" kimi ifadələrlə masqaraya qoymayın.
8. Nəshətin mənfi rol verməklə birgə olması: Övladınıza nəsihət verəndə ona əsla mənfi rol verməyin ("sən bizim ailə üçün xəcalət mənbəyisən" deməyin). Çünki o, təlqin nəticəsində buna inana bilər.
9. Nəsihətin nitq söylənilməsi formasında olması: Bəzən valideyn (xüsusilə ata) övladına nəsihət verəndə iyirmi dəqiqə nitq söyləyir və maraqlıdır ki, sonda da deyir:
(Şeirin məzmunu) Mən yuxu görmüş lalam, bütün aləm də kar; mən danışmaqda acizəm, camaat da eşitməkdə. Əgər övladınızın sizin nəsihətləriniz müqabilində az müqavimət göstərməsini istəyirsinizsə, nəsihətin şərtlərinə riayət etməkdən əlavə, kiçik cümlələrdən istifadə edin.
Gəlin, Allah övliyaları və din böyüklərimizdən dərs alaq. Onlar özlərinin qısa kəlamları ilə qarşı tərəfə heyrətamiz təsirlər göstəriblər.
Füzeyl Əyyaz və Büşr Hafi kimi yolunu azmış şəxsləri kiçik cümlələr dəyişdirib.
Dok. Hüseyn Dehnəvi