Bizimlə əlaqə saxlayın

Psixologiya

Məsuliyyət hissi yaratmağın ən yaxşı vaxtı

23 Noyabr, 2024

Uşaqlarda məsuliyyət hissi yaratmağın ən yaxşı vaxtı neçə yaşdır?

     Körpəlik vaxtı məsuliyyət hissinin yaradılması üçün ən yaxşı vaxtdır. Çünki uşaqda fitri olaraq iş və fəaliyyətə maraq olur. O bundan həzz alır və onda mühüm olmaq hissi oyanır. Bundan əlavə, uşağın müstəqillik axtarması və özünəinam hissi bu işdə valideynə kömək edə bilər.
     Siz övladınızın yaşını nəzərə alaraq bəzi işləri ona tapşıra bilərsiniz ki, zaman keçdikcə şəxsi işlərini və öhdəsinə qoyulan digər işləri yerinə yetirməyə adət etsin.
     Yeni ayaq açan uşaqlar paltarları səliqəyə salmaq, çirkli paltarları xüsusi səbətə qoymaq, zibilləri zibil qabına atmaq və bu kimi işlərə meyilli olurlar.
     İki yaşlı uşaqlar corabları cütləyə və paltarları səliqəyə sala bilirlər.
     Üç-dörd yaşlı uşaqlar istəyirlər ki, yeməklərini özləri yesinlər, paltar və ayaqqabılarını özləri geyinsinlər.
     Beş yaşlı uşaqlar istəyirlər ki, yemək stolu və ya süfrəni özləri düzsünlər, siyirmə və çarpayını özləri səliqəyə salsınlar. Əlbəttə, stol və ya süfrənin düzülməsi dedikdə məqsəd isti xörək qablarının, yaxud bıçaq kimi təhlükəli əşyaların və ya sınan qabların daşınması deyil.
     Altı yaşlı uşaqlar istəyirlər ki, evin gündəlik ehtiyac larını (çörəyi, göyərtini, qatığı və s.) özləri alsınlar və təhlükə olmayan təqdirdə onlar bunu bacarırlar da.
     Yuxarı yaşda olan uşaqlar daha mühüm məsuliy yətləri qəbul etmək vurğunudurlar. Avadanlıqların təmir edilməsi, sənədlərin hesablanması, avtomobilin yuyulması, bəzi yazıların üzünün köçürülməsi, vərəqlərin yoxlanılması, həmçinin (qızlar üçün) yemək bişirmə və tikiş işləri onlarda məsuliyyət hissinin yaradılmasında olduqca əhəmiyyətlidir.
     Uşaqlarda bu məsuliyyəti yaratmaq üçün, çalışın, işləri onlara məqsədli və onlara uyğun çərçivədə həvalə edin. İşlərin onlara pərakəndə şəkildə tapşırılması məqsədəuyğun deyil.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev