Bizimlə əlaqə saxlayın

Psixologiya

Məktəb müdiriyyəti uşaqların özünəinam hissinin artması və ya azalmasına nə qədər təsir göstərir?

21 Sentyabr, 2025 76

Məktəb müdiriyyəti uşaqların özünəinam hissinin artması və ya azalmasına nə qədər təsir göstərir?

     Məktəb müdiri, müdir müavini və müəllimlər böyük təsir qüvvəsinə malik olduqları üçün onların şagirdlərin özünəinam hissinə malik olmalarına təsirləri böyükdür. Şagirdlərin məktəbin idarə edilməsi və tədris proqramlarının hazırlanması kimi mövzularda fikir bildirmələrinə şərait yaradılması, onların işlərin qiymətləndirilməsi və öz davranışlarının dəyərləndirilməsində iştirak etmələri, onlara seçim haqqının verilməsi, onların özünəinam hissinin artmasında çox təsirlidir.
     Məktəb müdiriyyətinin şagirdlərin fikrin toplanması pozğunluğu ilə birgə olan hiberaktivlik (ADHD), yaxud öyrənmək problemi (LD) kimi problemlərinə diqqət etməsi və onların həllinə kömək etməsi şagirdlərin özünəinam hissinin zəifliyinin qarşısını alır.
     Bunun müqabilində əgər müəllim şagirdinə daim "sən keysən, sadəlövhsən, zəifsən, tənbəlsən" desə, yaxud lağa qoyaraq onu "sinfin Eynşteyni" adlandırsa, şübhəsiz, bu onun özünəinam hissinin azalmasına təsir göstərəcək və həmin şagirdin gələcəkdə cəmiyyət arasına daxil olandan sonra da müəlliminin sözünün təsiri altında özünü kütbeyin, zəif və tənbəl hesab etməsinə səbəb olacaq.
     Şagirdin zəif cəhətlərinin göstərilməsi, şagirdlərin bir-biri ilə müqayisə edilməsi, onların bəzisinin üstünlüklərinin digərlərinin gözünə soxulması da şagirdin özünəinamının zəifləməsinə təsir göstərən mühüm amillərdəndir.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar