Ayaqyoluna getməyin öyrədilməsi üçün bəzi şəraitin olması lazımdır:
- Övladınızın yaşı 18 aydan keçmiş olmalıdır. Əks təqdirdə bu təlimin faydası olmayacaq.
- Uşağın söz ehtiyatı da 30-50 söz arası, onların da bəzisi sidiyə getmək (çiş etmək) və nəcis ifrazına (ə-ə etmək) aid olmalıdır. Əgər övladınız gec dil açsa, ona sidik və nəcisini idarə etməyi öyrədə bilməyəcəksiniz. Çünki o, təlimin mənasını dərk və ona əməl edə, ayaqyoluna getmək istəyəndə onu valideyninə çatdıra bilmir.
- Övladınız, gərək, öz bağırsaqlarında təzyiq hiss etsin və nəcisini ifraz edəndən sonra bunların ikisinin fərqini dərk etsin. Onun bunu dərk etməsinin əlaməti onun qəfildən bir neçə saniyəlik oynamağı saxlaması, sonra bir az narahatlıq hiss etməsi, valideyninə özünü bulaşdırdığını və təmizlənməli olduğunu deməsi, yaxud bir küncdə büzüşüb oturması və bezinə ifraz etməsidir.