Bizimlə əlaqə saxlayın

Psixologiya

İki yaşlı oğlum başını daşa-divara vurur. Bu məsələ məni çox narahat edir.

07 Oktyabr, 2025 43

İki yaşlı oğlum başını daşa-divara vurur. Bu məsələ məni çox narahat edir.

     Adətən bu hərəkət üç yaşa kimi aradan qalxır. Buna görə də nigaran olmayın. Amma əgər onun bu hərəkəti üç yaşdan sonra da davam etsə, yaxud daha da artsa, mütəxəssis həkimə müraciət edin.
     Uşaqlar çox nadir hallarda bu hərəkətləri ilə özlərinə xəsarət yetirirlər. Adətən onlar - əlbəttə, əsəb sistemində problem olanlar istisna olmaqla - zərbənin dərəcə və yerini hesablayırlar.

     Səbəblər
     1. Sakitləşmək: Bəzi uşaqlar yorucu və iztirablı bir gündən sonra sakitləşmək üçün başlarını divara vururlar. Çalışın, evdə konflikt və səs-küyü azaldın.
     2. Diqqəti özünə cəlb etmək: Ola bilər, o bu işi ilk dəfə görəndə sizin kəskin reaksiyanızı və çox nigaran olduğunuzu müşahidə edib və bundan sonra diqqəti özünə cəlb etmək üçün belə edir. Tövsiyə edirik ki, uşağın bu hərəkətini görəndə hisslərə qapılmayın. Həmin vaxt üzünüzü döndərin ki, o sizin stress və nigəranlığınızı görməsin.
     3. İntiqam almaq: Əgər həyat yoldaşınızla aranızda ixtilaf və konflikt varsa, yaxud uşağı incidir və cəzalan dırırsınızsa, bu rəftarlarınızdan əl çəkin. Çünki uşağın həmin işi sizdən intiqam almaq üçün etməsi ehtimalı da var.

     Bir neçə tövsiyə
     A. Uşağın enerjisini şəkil çəkmək, oyuncaqlarla oynamaq və s. kimi az hərəkətli fəaliyyətlərə sərf edin və çox hərəkətli oyunlardan çəkinin.
     B. Çarpayı kimi iti küncləri olan əşyaların qarşısına zərbənin gücünü alacaq bir şey qoyun.
     C. Əgər o bu işi yatanda edirsə, nəvaziş, kürəyini masaj etmək və nağıl danışmaqla onu sakitləşdirin və onu tam yuxu tutunca yanında qalın.
     Ç. Adi vaxtlarda ona daha çox məhəbbət göstərin ki, əgər başını daşa-divara sizin məhəbbətinizi özünə cəlb etmək üçün vurursa, məhəbbətlə təmin olunsun.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4