Bizimlə əlaqə saxlayın

Psixologiya

Həb atmaq və göz damcısı müqabilində müqavimət

08 Mart, 2024

Altı yaşlı qızım sirop şəklində olan dərmanları problemsiz qəbul edir. Lakin həb atmaq və göz damcısı müqabilində müqavimət göstərir. Bu problemi necə həll edə bilərəm?

  1. Onu praktiki şəkildə həb atmağın düzgün qaydası ilə tanış edin. Vitamin həblərindən istifadə edərək ona həbin dilin ortasına necə qoyulmasını və bir stəkan su ilə necə udulmasını, udula bilmədikdə ikinci stəkandan istifadə edilməsini öyrədin.
  2. Ondan sizin göstərdiyiniz bu əməli zehnində təkrarlamasını və təsəvvüründə canlandırmasını istəyin.
  3. Qoyun, o bu əməli bişmiş kiçik kök və ya lobya ilə, yaxud xırda konfet parçası ilə məşq etsin. Yaxşı olar ki, əvvəldə onların ölçüsü həqiqi həb ölçüsündən də balaca olsun.
  4. Həbi bir neçə yerə bölün və o həmin hissələri bir-bir atsın.
  5. Bir qaşıq dondurma, alma püresi, mürəbbə və baldan istifadə etmək həbin udulmasına kömək edir, əlbəttə, əgər həkim və ya əczaçının nəzərincə, dərmanın başqa şeylə qarışdırılmasında bir problem yoxdursa.
  6. Əgər həkim icazə versə, siz həbi əzib toz halına sala və bir az üzüm və ya gavalı suyu ilə qatışdıraraq ona verə bilərsiniz.
  7. Uşağın gözünə damcı tökmək üçün ondan uzanıb gözlərini yummasını istəyin. Onun göz bucağı tərəfə bir neçə damcı dərman tökün ki, gözlərini açanda buynuz təbəqəyə çatsın.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev