Bizimlə əlaqə saxlayın

Psixologiya

Altı yaşlı qızım gecə yarısı qorxudan bizim otağımıza qaçıb gəlir. Mənim ona icazə verməyimdə bir problem varmı?

02 İyul, 2024

Altı yaşlı qızım gecə yarısı qorxudan bizim otağımıza qaçıb gəlir. Mənim ona icazə verməyimdə bir problem varmı?

Onun qorxmasına səbəb olan amilləri aradan qaldırın ki, sizin otağınıza gəlməsin:
     1. Onun qorxulu və emosional filmlərə tamaşa et məsinə imkan verməyin.
     2. Qorxulu (heyvanların bir-biri ilə vuruşması, pərilər və s. barədə) nağıllar danışmaqdan çəkinin.
     3. Onun otağının pərdələrini bağlayın ki, otağın divarlarına ağac və başqa şeylərin kölgəsi düşməsin.
     4. Övladınız yatmamışdan qabaq bir bəhanə ilə və dolayı yolla onun yataq otağındakı divar şkafı, asılqanın arxası və digər gizli yerləri axtarın və bu işi elə edin ki, uşaq oralarda qorxulu varlığın olmamasından əmin olsun.
     5. Gecə çırağının işığının qarşısında heç nəyin olmamasına diqqət edin ki, divara kölgə düşməsin. Bu yaşda uşaqlar xəyalpərəst olurlar və həmin kölgəni həyula və bu kimi varlıq zənn edirlər.
     6. Yatmamışdan bir-iki saat qabaq həyəcanlandırıcı amillərdən, məsələn, onunla fiziki oyun oynamaqdan çəkinin.
     Övladınız otağınıza gələndə ona icazə verin, amma ona sizin otağınızda və ya yatağınızda yatmağa icazə verməyin. (Əgər bu hərəkət adət halını alsa, həmişə problemlə qarşılaşacaqsınız.) Onu öz otağına aparın, bir az onun yanında qalın ki, təhlükəsizlik hiss etsin və yuxuya getsin.

     Bir neçə tövsiyə
     A. Onu öz yataq otağına aparanda əsla tərəddüd və nigaran olmayın. Sizin nigaranlığınız onun qorxusunu daha da artırır.
     B. "Qaranlıq qorxulu deyil ki", "təklikdə qorxulu heç nə yoxdur", "qorxulu varlıq yoxdur" və s. kimi təsəlliverici ifadələr işlətməkdən çəkinin.
     C. "Mən övladımın müstəqil olmasından qürur duyuram" kimi cümlələr onun özünəinam hissini artırır.
     Ç. Uşağın otağının qapısını kilidləməyin.
     D. Bir müddət otağın qapısını aralı qoyun.
     E. Sizin otaqla uşağın otağı arasındakı məsafə nə qədər az olsa, onun xatircəmliyi daha çox olar.
     Ə. Uşağın otağından çöldə az işıqlı bir çırağın yanması onun xatircəmliyini artırır.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev