Fikri yayındırmaq üsulundan hansı yaşlar üçün və necə istifadə etmək olar?
Fikri yayındırmaq üsulu daha çox körpəlik dövrünə aiddir. Əlbəttə, çox dərrakəli və intellekt əmsalı yüksək olan uşaqlarda bu üsuldan çox çətinliklə istifadə etmək olur.
Bu üsuldan istifadə etmək üçün, gərək, öz övladınızın maraqlarından xəbərdar olasınız. Bəzi uşaqların yeməli şeylərə marağı olur, bəzilərinin oynamağa, bəzilərinin oyuncağa, bəzilərinin (sabit) təsvirə (və televizora), bəzilərinin valideynin şeir oxumasına…
Övladınızın marağı olan şeylərdən agah olmaqla onlardan istifadə edə və pis iş görəndə, ağlayanda və ya qışqıranda onun fikrini yayındıra bilərsiniz.
Gərək, onun marağı olan şey əl altında olsun və bir şeydən dalbadal bir neçə dəfə istifadə etməyəsiniz. Çünki bu halda bir tərəfdən, həmin şeyə olan maraq itir, digər tərəfdən, uşaq sizin işlətdiyiniz fəndi başa düşəcək və müqavimət göstərəcək.