Bizimlə əlaqə saxlayın

Psixologiya

Dörd yaşlı qızım çox xəyalpərəstlik edir. Bu xəyalpərəstliklər narahatedicidirmi?

01 Oktyabr, 2025 66

Dörd yaşlı qızım çox xəyalpərəstlik edir. Bu xəyalpərəstliklər narahatedicidirmi?

     Dörd yaşına kimi olan uşaqlarda xəyalpərəstlik tam təbii və onların inkişafının tərkib hissəsidir. Onların canlandırma xüsusiyyətləri xəyalpərəstliklərini daha da gücləndirir. Bu onların əşyalara can vermələrinə va onlarla söhbət etmələrinə səbəb olur.
     Sizin övladınız öz zehnində, ümumiyyətlə, mövcud olmayan şeylər canlandırır. Bu yaşda təxəyyül qüvvəsi o qədər güclü olur ki, o özünü başqalarının yerinə qoya bilir. Onun oyunda özünü qəhrəman hesab etməsi, valideynləri barədə ifrata varması, xəyali dostlara malik olması da bu xüsusiyyətdən qaynaqlanır. Buna görə də tövsiyə edirik ki, xəyalpərəstliyinə görə övladınızı ələ salmayın və onu div, təpəgöz və qulyabanı kimi xəyali varlıqlarla qorxutmayın. Bu qorxular xəyalpərəstliyi daha da gücləndirir.
     Bu yaşda xəyalpərəstlik etmək narahatedici deyil. Odur ki, onu bu işdən çəkindirməyə lüzum yoxdur. Əmin olun ki, bunun ona heç bir ziyanı yoxdur və xəyalpərəstlik onun psixoloji durumunu pozmur.
     Onu heç vaxt yalançılıqda günahlandırmayın. Çünki uşağın bu yaşda ("gəlinciyim deyir ki,…", "ayım dedi ki,…", "budaqdakı sərçələrlə söhbət etdim" və s. kimi ifadələr işlədərək) xəyalpərəstlik etməsi böyüklər arasında yalançılıq sayılan yalanlar qismindən deyil. O siza "uçan atımla göydə uçdum" deyəndə ona "istəyirsən uçan bir atın olsun, elə deyil?" deyə cavab verin.
     Yaxşı olar ki, onu nağıl, cizgi filmi və bədii filmlər barəsində məlumatlandıra, gerçək aləmlə daha çox tanış edəsiniz ki, o, gerçək aləmlə xəyal aləmi arasında fərq qoya bilsin. Başa düşsün ki, televizorda cizgi filmində siçan, yaxud pişiyin maşının altında qalıb bir kağız parçasına çevrildikdən sonra özünü bir dəfə silkələməklə əvvəlki halına qayıtması gerçəklik deyil.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev