Bizimlə əlaqə saxlayın

Psixologiya

Dörd yaşlı oğlum dərman içmir. Nə edim?

07 Mart, 2024

Dörd yaşlı oğlum dərman içmir və ağzını bağlayaraq müqavimət göstərir. Mən nə edim?

Ona dərman içməsinin səbəbini izah edin və bunun üçün həkimdən sizə kömək etməsini xahiş edin. Çünki həkimin izahları daha təsirlidir. Dərmanları onun xəstəliyi ilə vuruşa bilən şücaətli əsgərlərə bənzədin. Yaxşı olar ki, ona müalicənin müvəqqəti olduğunu izah edəsiniz ki, o həmişə dərman içməsinə ehtiyacın olmadığını başa düşsün. Bu məqsədlə bir divar təqvimindən də istifadə edə və onun dərman içdiyi günün üstündən xətt çəkə bilərsiniz.
Övladınıza dərman verən zaman tam ciddi davranın və bu işi elə görün ki, elə bil onun içilməməsi heç təsəvvür belə edilə bilməz. Sizin dərman verən zaman süst olmağınız onun müqavimətini daha da artırır.
Övladınızdan dərman içməsini xahiş etməyin. Onunla həmdərd olduğunuzu ifadə etmək və bu barədə çox izahat vermək onda dərmana qarşı mənfi münasibət yaradır.
Dərman içirtdiyinizə görə ondan üzr istəməyin. Lakin dərman içəndən sonra onun təşviq edilməsi çox yaxşıdır. Təşviq ona şirin və dadlı bir yeməli şeyin verilməsindən ibarət ola bilər.
Uşaqların dərman müqabilində müqavimət göstərmələrinin səbəblərindən biri acı dərmanın onun boğazına böyüklər tərəfindən tökülməsidir. Buna görə də qoyun, dərmanı ağzına o özü qoysun.
Övladınızın müqavimətini azaltmaq üçün heç vaxt səhv üsullardan istifadə etməyin. Ona yalandan dərmanın acı olmadığını deməyin. Çünki bu halda onun sizə inamı itəcək.
Həmçinin dərmanı ona şərbət, şokolat və konfet adı ilə verməyin. Çünki ola bilər, başqa dərmanları da şokolad adı ilə götürüb yesin və təhlükə ilə üzləşsin.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev