Bizimlə əlaqə saxlayın

Psixologiya

Gecələr diksinmək də kabus kimi psixoloji sıxıntı əlamətidir?

03 İyul, 2024

Səkkiz yaşlı övladım gecələr diksinir. Sizcə, gecələr diksinmək də kabus kimi psixoloji sıxıntı əlamətidir?

     Gecə diksinmələri kabusdan fərqlidir. Kabusun əsas səbəbi psixoloji sıxıntılardır. Lakin gecə diksinmələrinin səbəbi proqramsız yuxu və kifayət qədər istirahət edilməməsidir (nadir hallarda əsəb pozğunluğudur). Buna görə də nigaran olmayın. Gecə diksinmələri elə də mühüm şey deyil və onun əlacı da yoxdur. Bu hal daha çox 5-12 yaş arası uşaqlarda müşahidə edilir və bir neçə dəqiqədən artıq davam etmir.
     Gecə diksinmələri (gecənin sonunda baş verən kabusun əksinə olaraq) gecənin əvvəllərində baş verir və həmin vaxt gözlər (gözlərin hərəkət etməsi ilə müşahidə edilən kabusun əksinə olaraq) hərəkət etmir. Övladınız qalxıb yerində oturur, gözlərini açıb bir yerə zilləyir, amma heç kəsi və ya heç nəyi görmür. Bu diksinmə bəzən qışqırmaqla bir yerdə olur. Bəzən də uşaq ayağa durub o tərəf bu tərəfə gedir, otaqda qaçır.
     Unutmayın ki, həmin vaxt o sizi nə görür, nə də səsinizi eşidir. Buna görə də sakitləşdirici sözlər demək əvəzinə, onu tutub otuzdurun, üzünə nəm dəsmal qoyun. Bunu edəndə o yenidən yatacaq və səhərisi gün gecə diksinib ayılmasından heç nə xatırlamayacaq (amma bunun əksinə olaraq kabusda uşaq onu xatırlayır).

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev