Dörd aydır həyat yoldaşımdan ayrılmışam. On yaşlı oğlumun dərsində möhkəm geriləmə var. Bu problemlə necə davranacağımı bilmirəm. Lütfən mənə bir yol göstərin.
30 Oktyabr, 2025 59
Dörd aydır həyat yoldaşımdan ayrılmışam. On yaşlı oğlumun dərsində möhkəm geriləmə var. Bu problemlə necə davranacağımı bilmirəm. Lütfən mənə bir yol göstərin.
Ailədə boşanma olduqda uşaqların ruhi narahatlıqlara (kabus, depressiya, yemək problemi, gecə yerini islatmaq, dərsdə gerilik və s.) məruz qalmasında heç bir şübhə yoxdur. Dərsdə geriliyin yaranması, xüsusilə oğlan uşaqlarında daha çox baş verir. Hələ məktəbə getməyən uşaqların dərketmə qabiliyyəti aşağı olduğuna görə və boşanmanı dərk edə bilmədikləri üçün boşanma onlara daha çox mənfi təsir göstərir.
Bu psixoloji sıxıntını yüngülləşdirmək və nəticədə uşağın dərsdə geriləməsinin qarşısını almaq üçün məsləhət görürük ki, aşağıda qeyd edilən məqamlara riayət edərək onun üçün sakit mühit yaradasınız.
1. Uşaq əsəbləşəndə onun qarşısını almayın və qoyun, hirsini boşaltsın. Şübhəsiz, o, valideynini müqəssir sayır və etiraz edərək: "siz ki, bir-birinizdən ayrılacaqdınız, nə üçün məni dünyaya gətirdiniz?" - deyir.
2. Günah hissi keçirməkdən çəkinin. Kaş boşanma baş vermǝyǝydi. Amma indi artıq bu baş verib. Buna görə də onu böyük faciə saymayın və özünüzü yeni şəraitə uyğunlaşdırmağa çalışın.
3. Ürəyinizdən əvvəlki həyat yoldaşınıza qarşı olan nifrəti çıxarın. Nifrət psixoloji sıxıntı gətirir və bu sıxıntı övladınıza da təsir göstərir.
4. Uşağın yanında əvvəlki həyat yoldaşınızın dalınca danışmaqdan çəkinin. Uşağın ana ilə qanuni əlaqəsi olduğu üçün sizin onun dalınca pis danışmağınız ananın şəxsiyyətinə xələl gətirir. Şəxsiyyəti olmayan ananın pis təsirləri olacaq.
5. Əgər övladınız anası ilə həftəlik görüşdən sonra anası barədə pis danışsa, onun dediklərini təsdiqləməyin.
6. Əvvəlki həyat yoldaşınızla uşağın tərbiyəsi barədə qarşılıqlı razılığa gəlməyə çalışın. Əgər onun tərbiyə üsulu münasib olmasa, münasib və məntiqi davranışla övladınıza örnək olun ki, öz həyatında sizə tabe olsun.
Dok. Hüseyn Dehnəvi