Beş yaşında qızım var və o həmişə “mən oğlanam” deyir. Mən onunla necə davranacağımı bilmirəm.
28 Oktyabr, 2025 75
Beş yaşında qızım var və o həmişə “mən oğlanam” deyir. Mən onunla necə davranacağımı bilmirəm.
Bu kimi davranışlar çox vaxt diqqəti özünə cəlb etmək üçün olur. Çox ehtimal ki, o, birinci dəfə "mən oğlanam" deyəndə siz həddən artıq həssaslıq göstərmisiniz və o bu yolla sizin diqqətinizi özünə cəlb edə biləcəyini hiss edib. Tövsiyə edirik ki, ona həmin sözü deyəndə deyil, adi vaxtlarda daha çox diqqət edəsiniz.
Digər ehtimal edilən səbəblər
1. Atanın oğlan uşağına rəğbəti: Ola bilər, onun atasının oğlan uşağına xüsusi rəğbəti olub və bu istəyinə çatmadığı üçün uşağın anası ilə aralarında gǝrginlik var, ona məhəbbət göstərmir və ailə mühiti soyuqdur. Uşaq da bu vəziyyəti görüb məsələləri dərk etdiyi üçün həmin cümləni (mən oğlanam) deməklə atasının ürəyini yumşaltmaq istəyir.
Əgər belə bir şey varsa, ata, gərək, öz nəzəri barədə bir daha düşünsün. Bu təfəkkür tərzi ərəblərin cahiliyyət dövrünə aiddir.
2. Ananın təlqinləri: Ola bilər, ana həmişə qadınların bədbəxt, biçarə, həqir və başıqapazlı olması baradə danışır və vəziyyətdən gileylənir.
İnsan öz ilahi dəyərini tapmaqla ən yaxşı varlıq ola bilər və burada kişi ilə qadın arasında heç bir fər yoxdur.
3. Qız olmaq qorxusu: Bəzi analar doğuş ağrısından çox gileylənir, ev işlərinin görülməsindən şikayətlənirlər. Onlar qadının naqis ağıl sahibi olaraq yaradılması qənaətindədirlər. Bu cür yanaşmalar qız olmaq qorxusu yaradır və ona görə də qız uşağı daim "mən oğlanam" deyir.
4. Qız ilə oğlan arasında ayrı-seçkilik: Heç vaxt oğlunuza qızınızdan çox diqqət göstərməyin.
5. Şəxsiyyət çatışmazlığı: Ola bilər, o bu sözü deməklə özünü böyük göstərmək və şəxsiyyətində olan boşluğu doldurmaq istəyir. Ona daha artıq məhəbbət və mehribanlıq göstərin və daha çox vaxt ayırın.
Dok. Hüseyn Dehnəvi