Bizimlə əlaqə saxlayın

Psixologiya

Altı yaşlı qızımın dostu övladımı öz istəklərinə tabe etmək üçün həmişə küsməklə hədələyir, qızım da onun istəklərinə təslim olur. Mən onun təslimçilik ruhiyyəsini necə aradan qaldıra bilərəm?

05 İyun, 2025

Altı yaşlı qızımın dostu övladımı öz istəklərinə tabe etmək üçün həmişə küsməklə hədələyir, qızım da onun istəklərinə təslim olur. Mən onun təslimçilik ruhiyyəsini necə aradan qaldıra bilərəm?

     Bu sizin övladınız üçün xoşagələn hal deyil. Çünki bu vəziyyət onu həm psixoloji sıxıntılara məruz qoyur, həm də ola bilər, o, dostunun onun xeyrinə olmayan istəklərinə tabe olsun.
     Bu cür uşaqlar adətən yeniyetməlik dövründə həmyaşıdlarının təzyiqlərinə daha rahat təslim olurlar. Buna görə də aşağıdakı üsullardan istifadə edərək bu vəziyyatə son qoyun:
     1. İstedadlarını inkişaf etdirərək onun özünəinam hissini gücləndirin.
     2. Ona daha çox sevgi göstərin. Onun təslimçiliyi sevgi boşluğundan da ola bilər.
     3. Onun oynamaq müddətini artırın ki, ehtiyaclarının bir hissəsi təmin olunsun və həmyaşıdı ilə oynamaq həvəsi bir az azalsın.
     4. Onun başqa həmyaşıdları ilə əlaqələrini artırın ki, bu dostunun əvəzləyicisi olsun. Övladınız dostluq əlaqələrinin yalnız bir nəfərdə məhdudlaşdığını görəndə təslim olmaq məcburiyyətində qalır.
     5. Onun həmin dostu ilə əlaqələrini azaldın (əlbəttə, əvəzləyici tapandan sonra) ki, yavaş-yavaş ona bağlılığı azalsın.
     6. Ona başa salın ki, dostunun təhdidlərindən qorxmasın və onun qarşısında müqavimət göstərməyi məşq etsin. Məsələn, ona öyrədin ki, dostu onu küsməklə hədələyəndə, o da başqa dostu ilə oynayacağını desin.

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri