Bizimlə əlaqə saxlayın

Psixologiya

Beş yaşlı oğlum məndən ayrılmaqdan qorxur. Xahiş edirəm mənə yol göstərin.

19 Sentyabr, 2024

Beş yaşlı oğlum məndən ayrılmaqdan qorxur. Xahiş edirəm mənə yol göstərin. Bilmək istəyirəm bu qorxunu necə aradan qaldırmaq olar?

     Ayrılıq qorxusunun ən mühüm səbəbi uşağın körpəliyində valideynindən, xüsusilə anasından uzunmüddətli ayrılmasıdır. Bunun bir sıra nişanələri var:
     1. Uşaq valideynindən ayrılanda ağlayır.
     2. Valideyninin sağlamlığına görə çox nigarandır.
     3. Oğurlanmaqdan qorxur. Buna görə də izdihamlı yerlərdə valideynlərinin əlini buraxmır.
     4. Həmyaşıdlarının ad günü və sair məclis və yığıncaqlarda tək və valideynsiz iştirak etmir.
     5. Otaqda tək qalmır.
     6. Ata-anasından ayrı otaqda yatmır.
     Bu qorxunu azaltmaq üçün aşağıdakı məqamlara diqqət edin:
     A. Onun qorxmasına möhkəm reaksiya verməyin. B. Onu heç vaxt zorla tək qalmağa vadar etməyin. Övladınızı çöldə tək qoyacağınızla hədələməyin. C. Əvvəlki məhdudiyyətlərdən heç nə əskiltməyin. Məsələn, əgər əvvəl bacı və ya qardaşı ilə yatırdısa və indi sizinlə yatmağı xahiş edirsə, buna icazə verməyin çünki məhdudiyyətlərin azalması onun öz qorxusunun həqiqi olduğuna inanmasına səbəb olur. Ç. Tədrici ayrılıq üçün qohumlardan, yaxud uşaq bağçasından başlaya bilərsiniz.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri