Bizimlə əlaqə saxlayın

Uşaq tərbiyəsi

Oğlan övladlarım bir-biri ilə yola getmir. Bunun səbəbi nədir və nə etmək lazımdır?

03 Avqust, 2024

On bir və doqquz yaşında olan oğlan övladlarım bir-biri ilə yola getmir və daim dava edirlər. Bunun səbəbi nədir və nə etmək lazımdır?

     Uşaqların, xüsusilə ard-arda doğulmuş uşaqların bir-biri ilə yola getməməsi müəyyən qədər təbiidir və onun kökünü kəsmək mümkün deyil. Sadəcə çalışıb onların arasında sağlam əlaqə yaratmaq lazımdır.
     Unutmayın ki, uşaqların bir-biri ilə yola getməməsi tam faydasız da deyil. Onlar bir-biri ilə dava edəndə haqq-həqiqətin müdafiə edilməsi yollarını öyrənir, öz problemlərini həll etmək yolları barədə fikirləşir, bu qarşıdurmalarda öz hisslərini ifadə edərək mənfi enerjilərini boşaldırlar.
     Güclü qarşıdurmaya şərait yaranmaması üçün aşağıdakı yollara diqqət edin:
     1. Özünüz həyat yoldaşınızla konfliktə getməyin. Siz övladınız üçün örnəksiniz və şübhəsiz, onlar örnəkdən təsirlənirlər.
     2. Övladlarınızla konflikt və qarşıdurmadan çəkinin. Sizin bu rəftarınız əslində başqası ilə yola getməməyin dolayısı ilə öyrədilməsidir.
     3. Onların arasında əsla - nə maddi, nə də mənəvi - cəhətdən ayrıseçkilik salmayın.
     4. Onları bir-biri ilə müqayisə etməyin və birinin hansısa müsbət xüsusiyyətini o birinin başına qaxmayın.
     5. Heç vaxt onlardan birini digərinin yanında danlamayın.
     6. Əgər gücünüz çatırsa, onların hər biri üçün ayrı imkanlar yaradın. Əgər onlar hansısa imkanlardan müştərək istifadə edirlərsə, müəyyən qanunlar çıxararaq gərginliyin qarşısını alın. Hər hansı bir şeydən növbə ilə istifadə, zəruri hallarda püşk atılması da dava-dalaşa mane ola bilər.

Dr. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev