Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Valideynlərin cinsi yaxınlıq etmələrini görmək uşağa mənfi təsir edir?

24 May, 2026 28

Valideynlərin cinsi yaxınlıq etmələrini görmək uşağa mənfi təsir edir?

Əgər uşaq valideynlərinin və ya başqa şəxslərin cinsi yaxınlıqlarının şahidi olsa, bu onun gələcəkdə cinsi sapıntıya düçar olmasına təsir göstərəcək. Bu səbəbdən də din böyüklərimiz bu barədə xəbərdarlıq ediblər.
Həzrət Peyğəmbər buyurub:
"And olsun, canım əlində olan Allaha, əgər bir kişi öz həyat yoldaşı ilə cinsi yaxınlıq etsə və həmin vaxt evdə oyaq uşaq olsa və uşaq onları görsə, yaxud danişıqların və ya nəfəslərinin səsini eşitsə, oğlan və qızlığından asılı olmayaraq, heç vaxt nicat tapmaz və sonda zinaya düçar olar". (Hürr Amili, Vəsail, c. 20, s. 134)
Həmçinin o həzrət kişi ilə qadını beşikdə uzanıb onlara baxan uşağın gözü qarşısında cinsi yaxınlıq etməkdən çəkindirmişdir. (Nəvadiru Ravəndi, s. 14)
Buna yaxın mənalı digər bir hədis də İmam Cəfər Sadiqdən nəql edilmişdir. O həzrət buyurur:
"Evdə uşaq olanda kişi öz həyat yoldaşı ilə cinsi əlaqədə olmamalıdır. Çünki bu hərəkət zinaya (həmin uşağın gələcəkdə zina etməsinə) səbəb olur". (Hürr Amili, Vəsail, c. 14, s. 94)
Belə bir göstəriş digər din böyüklərimizdən də nəql edilmişdir.
Bu məsələ barəsində belə təkidlərin edilməsinin səbəbi xarici və ətraf amillərin instinktiv şəkildə uşağın cinsi meyillərinə təsir göstərməsidir. Uşaq ata-anasının cinsi yaxınlıq səhnəsini görəndə onları yamsılamaq məqsədi ilə həmyaşıdı ilə həmin işi görə, yaxud maraq üçün öz cinsiyyət orqanı ilə oynaya bilər ki, hər iki halda bu onda bir ləzzət yaradacaq və həmin ləzzət və əməlin təkrar edilməsi onu cinsi sapıntıya sövq edəcək.
Cinsi əlaqə səhnələri və ya şəkilləri, səsləri uşağın yadında və təhtəlşüurunda qalır və onun cinsi meyillərinin oyandığı yeniyetməlik, xüsusilə, həddi-büluğ dövründə cinsi sıxıntılara məruz qalmasına səbəb olur.
Bir dəfə xəbərlərdə belə bir məlumat var idi: Cinsi azğınlıq səbəbindən edama və üç il həbsə məhkum edilmiş iyirmi yeddi yaşlı bir gənc etiraf etmişdi ki, onun cinsi azğınlığa düşməsinin səbəbi valideynlərinin cinsi yaxınlıq səhnələrini görməsi olub.
Buna görə də Qurani-kərim biz müsəlmanlara göstəriş verir ki, uşaqlarınıza həyat yoldaşınızla tək olduğunuz zamanlarda (sübh namazından qabaq, günorta vaxtı və işa namazından sonra) sizin otağınıza qəfildən daxil olmamalarını tapşırın, onları öyrədin. Çünki ola bilər, həmin vaxt sizin geyiminiz münasib olmasın, (Nur surəsi, ayə 58) bu onlarda erkən cinsi oyanmalara səbəb ola bilər.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 5-6

Seyid Əlirza Təraşiun

Qadın sirləri