Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Həyat yoldaşım valideynin uşaqla oynamasını ağılsızlıq və valideynlərin şəninə kəsir hesab edir. Sizcə, bu, düzgün təfəkkür tərzidirmi?

18 İyun, 2025

Həyat yoldaşım valideynin uşaqla oynamasını ağılsızlıq və valideynlərin şəninə kəsir hesab edir. Sizcə, bu, düzgün təfəkkür tərzidirmi?

     Böyüklərimizin bu məsələdəki davranışını nəzərə alaraq əminliklə demək olar ki, həyat yoldaşınızın təfəkkür tərzi düz deyil. Valideynlərin uşaqla oynamasının çox müsbət və xeyirli nəticələri var və uşaqları ondan məhrum etmək olmaz.
     Valideynlər uşaq üçün ən mühüm şəxs olduqlarına görə uşaq onların onun dünyasına daxil olmalarını və onunla oynamalarını istəyir. Valideynin uşaqla oynaması uşağın özünəinam hissini gücləndirir.
     Əgər valideynlərin uşaqla oynaması insanın şəninə kasir gətirsəydi, həzrət Peyğəmbər və məsum imamlarımız öz övladları, yaxud başqalarının uşaqları ilə oynamazdılar.
     Həzrət Peyğəmbər öz səhabələrinin arasında başını onun boynuna çıxmaq istəyən Həsən və Hüseyn üçün aşağı əyər, bəzən onları götürüb öpərdi.
     Bir gün həzrət Peyğəmbər qonaqlığa gedəndə uşaqlarla oynamaqla məşğul olan Hüseyni tutmağa çalışır. Lakin Hüseyn o tərəf bu tərəfə qaçır. Həzrət Peyğəmbər onu güldürür və nəhayət, tutur.
     Həmçinin o həzrət kiçik yaşlarında olan Hüseynə dil çıxarardı və Hüseyn onun dilinin qırmızılığını görüb gülərdi.
     Həzrət Peyğəmbər bəzən Həsən və Hüseyn üçün çömbəltmə oturar, onları belinə mindirər və belə buyurardı: "Sizin dəvəniz gözəl dəvədir".
     Həzrət Peyğəmbər bir gün Hüseynin əlindən tutub ayaqlarını öz ayaqlarının üstünə qoyaraq belə buyurub: "Gəl yuxarı, ay kiçik göz, gəl yuxanı, ay kiçik göz".
     Həzrət Peyğəmbər ögey qızı Zeynəb ilə oynayar və onu təkrar-təkrar "balaca Zeynəb" deyə çağırardı.
     Həzrət Peyğəmbərin nəzərində uşaqlarla oynamaq o qədər mühüm idi ki, o həzrət hətta namaz vaxtı onların oynamasına mane olmazdı. Bir gün kiçik yaşlarında olan Hüseyn Peyğəmbər səcdədə olan zaman o həzrətin boynuna minir və ayaqlarını tərpədərək "hey, hey" deyirdi. Peyğəmbər səcdədən qalxmaq istəyəndə onu yavaşca götürər, öz yanına qoyardı. Hüseyn yenə həmin işi təkrar edərdi.
     Fatimeyi-Zəhra da öz övladı Həsənlə oynayar, onu atıb-tutar, ona gözəl şeir oxuyaraq belə deyərdi: "Həsən can, atan Əli kimi ol və haqqın boynundan kəndiri aç, yaxşılıq edən Allaha ibadət et, düşmən və kinlilərlə dostluq etmə".

Dok. Hüseyn Dehnəvi

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz 1-4

Seyid Əlirza Təraşiun

Qadın sirləri