Ailə münasibətləri
Övladlarımızın ərköyünləşməməsi üçün nə edək?
17 Mart, 2024
Övladlarımızın ərköyünləşməməsi üçün nə edək?
Uşağa çox sevgi göstərmək, onunla oynamaq və ona daim diqqət göstərmək onun ərköyünləşməsinə səbəb olur. Buna görə də bu kimi davranışlarda mötədilliyə riayət edin. Əlbəttə, uşağın həyatının ilk iki ayı istisnadır və bu zaman kəsiyində ona tam qayğı göstərməli, ehtiyaclarını təmin etməlisiniz. Bəzi valideynlər övladlarının ərköyünləşməsindən qorxaraq onlara az diqqət edir, məhəbbət göstərir, yaxud öz qəlblərində olan sevgini büruzə vermirlər. Bu, düz deyil. Uşağı qucağa götürmək, onun ağlamasına cavab vermək, onun üzündən öpmək, diqqət göstərmək və hətta onun nazını çəkmək əgər ifrat həddində olmasa, uşağı nəinki ərköyünləşdirmir, əksinə, onun məmnunluğuna, şad olmasına, ruhi sağlamlığına və özünəinam hissi əldə etməsinə səbəb olur.
Dr. Hüseyn Dehnəvi