Nə edək ki, övladlarımız lap əvvəldən dərslərini yaxşı oxusunlar və dərslərində problemlə üzləşməsinlər?
01 İyun, 2026 42
Nə edək ki, övladlarımız lap əvvəldən dərslərini yaxşı oxusunlar və dərslərində problemlə üzləşməsinlər?
Bu məsələdə uğur qazanmaq üçün aşağıdakı məqamlara diqqət edin:
1. Məktəblə əlaqə: Uşağın təhsilinin lap əvvəlindən məktəblə əlaqə və ünsiyyətdə olmaq sizin öz övladınızın təhsil mühitindən, tapşırıqların miqdarından, tapşırıqların yerinə yetirilməsi üçün nə qədər zamanın lazım olmasından, müəllimin tədris metodundan və s. xəbərdar olmağınıza və müxtəlif məqamlarda münasib reaksiya verə bilməyinizə səbəb olur. Məsələn, əgər uşaq "tapşırıqları məktəbdə yazmışam" deyirsə, siz məktəbin mühitindən və müəllimin tədris metodundan xəbərdar olduğunuz üçün məsələni araşdıracaqsınız.
2. Proqramın hazırlanması: Uşağın tapşırıqları yerinə yetirməsi üçün onun öz iştirakı ilə bir proqram hazırlayın. Unutmayın ki, uşağın dərs oxuması və tapşırıqları yerinə yetirməsi üçün hazırlanmış proqram televizordakı uşaq proqramları və uşağın digər fəaliyyətləri ilə toqquşmamalıdır. Bu proqramı hazırlayarkən uşaqların şəxsi xüsusiyyətlərini nəzərə alın. Bəzi uşaqlar istəyirlər ki, məktəbdən qayıdan kimi dərhal tapşırıqlarını yerinə yetirsinlər. Bəziləri isə istirahət edəndən və bir az oynayandan sonra tapşırıqları yerinə yetirməyi xoşlayırlar. Bəziləri də bir az məktəb tapşırıqlarını yazır, bir az oynayır, oynayandan sonra tapşırıqları sona çatdırırlar. Daha yaxşısı, məktəbdən gələndən sonra bir az istirahət etmək, sonra tapşırıqları yerinə yetirmək, daha sonra isə oynamaqdır.
3. Zəmin yaradılması: Tapşırıqların və məktəb işlərinin yerinə yetirilməsi üçün, gərək, aram və sakit mühit yaradasınız. Uşaq tapşırıqlarını yazanda valideynin də mütaliə ilə məşğul olması uşaqda böyük şövq yaradır. Çalışın, uşaq tapşırıq yazanda televizor, radio və sairə kimi maneçilik törədən amilləri aradan qaldırasınız.
4. Şərait yaradılması: Müstəqil otaq, lazımi işıq və istilik sistemi, stol, stul, kitab rəfi və bu qəbildən olan şəraitin yaradılması uşağın dərs oxumaq və tapşırıqları yerinə yetirmək marağını artırır.
5. Təşviq: Bu işdə təşviq möcüzə yaradır.
Dok. Hüseyn Dehnəvi