Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Bir ildir həyat yoldaşımdan ayrılmışam və on yaşında bir qızım var. Xahiş edirəm, təkbaşçılığın vəzifələri barədə mənə məsləhət verəsiniz.

07 Dekabr, 2025 44

Bir ildir həyat yoldaşımdan ayrılmışam və on yaşında bir qızım var. Xahiş edirəm, təkbaşçılığın vəzifələri barədə mənə məsləhət verəsiniz.

     İlk tövsiyəmiz budur ki, övladınızı düzgün tərbiyə edə bilmək gücünə malik olmağınız barədə tərəddüd etməyin. Özünəinam hissinizi əldən verməyin və çalışın, düşünülmüş davranasınız.
     Adətən ərlə arvad bir-birindən ayrılanda və onlardan biri uşağa başçılığı öhdəsinə götürəndə özlərində məqbul hesab edilməyən hərəkətlər büruzə verirlər:
     1. Tənhalığa çəkilmək: Uşağa qəyyumluğu öhdəsinə götürən valideyn (xüsusilə ana) həyat yoldaşından ayrılandan sonra qohumlarla əlaqəsini azaldır ki, öz ayağı üstə dayana bilməsini və başqalarının himayəsinə ehtiyacının olmadığını sübut etsin. Tövsiyəmiz budur ki, özünüzü qohumların və cəmiyyətin himayəsindən məhrum etməyin. Sizin dost və qohumlarla əlaqələrinizin olması övladınızın bağlılıq və asayiş hissini artırır.
     2. Uşaqda ideal ümidlərin yaradılması: Adətən qǝyyumluq edən valideyn öz bacarığını sübut etmək və uşağın ruhiyyəsini qaldırmaq üçün ona həyatını ən yüksək şəkildə təmin edəcəyini və nakamlığın tamını dadmağa qoymayacağını vəd edir. Bu rəftar uşaqda yalançı ümidlər yaradır və o, istəklərinə çata bilməyəndə məğlubiyyət hiss edir. Qayyumluq edən valideyn də iztirablı və qəmgin olur.
     Öz övladınızda yalançı ümidlər yaratmayın və ona vəzifənizə öz imkanlarınız daxilində əməl edəcəyinizi deyin. Lakin, təbii ki, bu, çətin bir iş olacaq.
     3. Uşağa hədsiz azadlıqların verilməsi: Bəzən qǝyyum valideyn uşağın könlünü almaq və qəzəbini azaltmaq üçün ona həddən artıq azadlıq verir ki, bu da ictimai pozuntularla nəticələnə bilər. Azadlıqlar məntiqi və qaydasında olmalıdır.
     4. Özünə diqqətsizlik: Qəyyum valideyn bütün səy və fəaliyyətini övladına sərf edir, öz ehtiyaclarını (istirahət, yemək, geyim, əyləncə) unudur və həddən artıq işləyərək öz sağlamlığını təhlükəyə atır.
     Bu məsələyə diqqət edin və öz cisim və ruhunuza normal qaydada qulluq edin ki, əldən düşməyəsiniz və övladınıza gələcəkdə də qulluq edə biləsiniz.
     5. Təkrar ailə qurmaqdan çəkinmək: Bəzən qǝyyum valideyn əvvəlki evliliyin acı təcrübələrini nəzərə alaraq təkrar ailə qurmaqdan çəkinir və özünü ailə həyatından məhrum edir. Bu, valideynin özünün məhrumiyyətindən əlavə, onun övladını da təhlükəyə atır. Çünki ata ilə ananın hər ikisinin kölgəsi başı üzərində olmayan uşağın ictimai pozğunluqlara düçar olmaq ehtimalı daha çoxdur.
     Təkrar ailə qurmaq üçün övladınızın hazırlığını yaddan çıxarmayın. Əgər onun hazırlığı olmadan, ya onun razılığını almadan təkrar ailə qursanız - belə ki, o, psixoloji cəhətdən sizin yeni həyat yoldaşınızı qəbul etməsə, bu, bir sıra problem və uyuşmazlıqlarla nəticələnəcək.
     Təkrar həyat yoldaşı seçimində daha çox diqqətli olun. Əgər həm siz, həm də övladınız onunla ruhi ünsiyyət qurduqdan sonra yenidən boşanma baş versə, har ikiniz ruhi zərbə görəcəksiniz.
     6. Adətlərin dəyişdirilməsi: Qǝyyum valideynin problemlərindən biri də əvvəlki adətlərin (peşə, idman, bayram və şənliklərdə iştirak, gəl-getlər və s.) dəyşdirilməsidir. Məsələn, əvvəlki həyat yoldaşı tǝrǝfindən bir sıra ayrılandan məhdudiyyətlər qoyulub və indi ondan və məhdudiyyətlər aradan qalxdıqdan sonra onun davranışında nəzərə çarpacaq dəyişiklik yaranır. Bu rəftar dəyişikliyi uşağın davranışının da dəyişməsinə ciddi təsir göstərir.
     Ərlə arvadın bir-birindən ayrılmasından sonra bəzi məhdudiyyətlərin aradan qalxması təbii və gözlənilən olsa da, çalışın, əvvəlki məhdudiyyətləri tam aradan qaldırmayın.
     7. Əvvəlki həyat yoldaşına nifrətin davam etməsi: Bir çox hallarda boşanmadan sonra ərlə arvadın bir-birinə nifrəti yenə öz yerində qalır ki, bu da həm qǝyyum valideynə, həm də uşağa ziyan vurur. Özünüzü nifrət və qəzəb zindanından xilas etməyə çalışın. Çünki siz bu qəzəb ilə əvvəlki həyat yoldaşınıza ziyan vurmursunuz, əksinə, özünüzü təhlükə ilə üzləşdirirsiniz. Qəzəbdən xilas olmaq sizin problemləri daha rahat həll etməyinizə səbəb olur.
     Əgər boşanmadan sonra sizin qəzəb və nifrətiniz bir ildən artıq davam etsə, konsultantla məsləhətləşin.

Dok. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar