Bir müddət öncə həyat yoldaşımdan ayrılmışam. O mənim 5 yaşlı oğlumla görüşməyimə icazə vermir. Görəsən, bu ayrılıq mənim övladıma ruhi zərbə vururmu?
10 Dekabr, 2025 27
Bir müddət öncə həyat yoldaşımdan ayrılmışam. O mənim 5 yaşlı oğlumla görüşməyimə icazə vermir. Görəsən, bu ayrılıq mənim övladıma ruhi zərbə vururmu?
Sizin övladınızın, xüsusilə yaşı az olduğu üçün, sizinlə görüşməyə ehtiyacı var və əlaqələrin kəsilməsi onun ruhi-psixoloji narahatlığına səbəb olur. Əlbəttə, onun özünün hansısa bir səbəbdən (məsələn, sizi günahkar bildiyinə görə, yaxud yeni şəraitə uyğunlaşdığı üçün) sizinlə görüşmək istəməməsi istisnadır.
Əgər uşaq sizinlə görüşmək istəyirsə və bunu sizə qanun da qadağan etmirsə, keçmiş həyat yoldaşınızın bu görüşə icazə verməməsinin səbəbini tapın və onu aradan qaldırmağa çalışın. Uşağa qəyyumluq edən valideynin qəyyumluq etməyən valideyni öz övladı ilə görüşməyə qoymamasının səbəbləri aşağıdakılardan ibarətdir:
1. Qǝyyumluq etməyən valideynin pis sözlər danışması: Əgər öz keçmiş həyat yoldaşınıza nifrətiniz varsa və bu nifrətə görə övladınızla görüşəndə onun dalınca danışırsınızsa, bu əməli dayandırın. Özünüzü qəzəbin əsiri olmaqdan azad edin. Bu qəzəb həm sizin özünüzün, həm də övladınızın ruhuna və psixologiyasına zərbə vurur. Reallığı (həyat yoldaşınızdan ayrılığı) qəbul edin və onunla övladınızın tərbiyəsi barədə razılığa gəlin.
2. Normadan artıq maddi imkan: Əgər övladınızla görüşəndə maddi imkanınızın yaxşı olması səbəbindən onun rifah və əylənməsi üçün normadan artıq əlavə imkanlar yaradırsınızsa, bu rəftarınızı dəyişin.
3. Uşağın hiss və emosiyalarının təhrik edilməsi: Bəzən qəyyum olmayan valideyn görüş zamanı uşağın hisslərini qəyyum olan valideynə qarşı təhrik edir.
Sadalanan bu amillər uşağa təsir edir və o, qǝyyum olmayan valideynlə görüşdən qayıdandan sonra bir neçə gün ədəbsizlik edir, özünü pis aparır və qǝyyum olan valideynlə soyuq davranaraq onun üçün problemlər yaradır.
Dok. Hüseyn Dehnəvi