Bizimlə əlaqə saxlayın

Ailə münasibətləri

Baba və nənənin aşırı qayğısı uşağın ərköyünləşməsinə səbəb olur

17 Mart, 2024

Həm mən, həm də həyat yoldaşım övladımıza normal həddə diqqət göstəririk ki, ərköyünləşməsin. Lakin uşağın baba və nənəsi ona həddən artıq qayğı göstərir. Bunu onlara necə deyək?

Əgər övladınızın öz baba və nənəsi ilə əlaqəsi az olursa, elə də nigaran olmayın. Əgər siz uşaqla düşünülmüş şəkildə davransanız, onların rəftarı ona elə də təsir göstərməyəcək. Bu halda (az ünsiyyətdə) - siz baba və nənə ilə görüşə gedəndə, yaxud onlar sizin evinizə gələndə - məhdudiyyətləri özünüz azaldın və ladınıza deyin ki, baba və nənəsi ilə görüşəndə evdəki bütün qayda-qanun və məhdudiyyətlərə riayət etmək lazım deyil, amma onlarla görüşü qurtarandan sonra məhdudiyyətlərə tabe olmalıdır.
Amma əgər nənə-baba ilə görüş çox və uzun çəkirsə (siz onlarla birlikdə, yaxud yaxınlıqda yaşayırsınızsa), övladınız üçün nəzərdə tutduğunuz məhdudiyyətləri yumşaq şəkildə və mehribanlıqla baba və nənəyə deyin. Öz hisslərinizi ehtiramla onlara çatdırın və deyin ki, onların hədsiz diqqət və sevgisi övladınızı ərköyünləşdirəcək və onun tərbiyə edilməsində sizin üçün problemlər yaradacaq.
Unutmayın ki, baba və nənənin də niyyəti pis deyil. Onlar nəvələrinin olmasından həzz alırlar. Siz onların uşaq vaxtı sizinlə belə davranmamalarından və sizə qarşı tələbkar olmalarından təəccüblənməyin. Nəvə başqa şeydir. Çox ehtimal ki, siz də nəvələrinizlə öv ladlarınızla davrandığınız kimi davranmayacaqsınız.

Dr. Hüseyn Dehnəvi

Qadın kişi münasibətləri

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim digər mənimiz

Seyid Əlirza Təraşiun

Qadın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev