Связаться с нами

Образование детей

Uşaqların dərman və ya kimyəvi maddələr içməsi nə qədər təhlükəlidir?

26 Январь, 2025

Uşaqların dərman və ya kimyəvi maddələr içməsi nə qədər təhlükəlidir?

     Dərman və kimyəvi maddələrdən yaranan təhlükənin miqdarı fərqlidir. Onların bəzisi uşağı problemlə üzləşdirir və zəhərlənmə yaradır, bəzisi isə zəhərləyici deyil.

     1. Çox təhlükəli və zəhərlənmə yaradan maddə və dərmanlar
     Öskürək və asmaya qarşı istifadə edilən sirop və həblər: Əgər uşaq uşaqlar üçün müəyyənləşdirilmiş dozadan 2-3 qat artıq, yaxud böyüklərin dərmanından 1 həb qəbul etsə, komaya düşə bilər.
     Əsəb xəstələrinə və ruhi xəstələrə məxsus dərmanlar: Əgər uşaq bu növ dərmanlardan (depressiya əleyhinə, iştaha gətirən, güclü sakitləşdirici, parkinson xəstəliyi dərmanlarından) 1-5 həb atsa, ağır komaya düşər.
     Ləkətəmizləyən maddələr, benzin və benzol kimi məhlullar: Uşağın öz çəkisinin hər kiloqramı müqabilində bunlardan 1 ml içməsi, yaxud (çox yaxından iyləmək nəticəsində) onlardan bir neçə damcının uşağın burnuna daxil olması onun ağır komaya düşməsinə və böyrəklərinin ciddi zədə almasına səbəb olar.
     Etanol spirti: Bir-iki stəkan etanol spirti içmək uşağı komaya salır.
     Zəhərli göbələklər: Amanita falloid (amanita falloide) qrupuna daxil göbələklərdən bir neçə qram yemək komaya və kəskin qara ciyər pozğunluğuna səbəb olur.
     Talk poroşoku: Əgər iyləmək nəticəsində bu paraşokdan çox az miqdar uşağın nəfəs borusuna daxil olsa, bronxit və təngənəfəsliyə səbəb ola bilər.
     Şaftalı, albalı və ərik tumunun içi: Bu meyvələrin tumunun içindən 5-25 dənəsini yemək koma və ürək keçməyə səbəb ola bilər.
     Dezinfeksiyaedicilər: Bu maddələrdən hətta azacıq miqdarda yeyilməsi koma, ürəkgetmə və əzələ iflicinə səbəb olur.
     Bor turşusu: Bor turşusundan hətta yarım qram qəbul edilməsi böyrəklərin ciddi zədə almasına səbəb olur.
     Amonyak və digər güclü turşular: Bu qatı məhlullardan 1 qram yemək qida borusu və mədədə ciddi yara əmələ gəlməsinə, böyrəklərin zədələnməsinə səbəb olur.
     Qabyuyan maşın və keramika döşənəcəklərin təmizlənməsi üçün nəzərdə tutulan maddələr: Bu maddələrdən, yaxud qatı mayelərdən bir damcı içmək qida borusu və mədə yarasından doğan möhkəm qıcqırma və yanğıya səbəb olur.
     Rəng əleyhinə olan maddələr: Bu qəbildən olan maddələrdən 1-2 qram içmək qida borusu və mədədə ciddi yara yaranmasına, böyrək xəstəliyinə səbəb olur.
     Antifriz və müxtəlif şüşətəmizləyən maddələr: Bu maddələrdən 2-3 damcı içmək koma, ürəkgetmə və böyrək pozğunluğuna səbəb ola bilər.
     Naftalin: Bir dənə naftalin həbinin atılması ürəkgetmə və sarılığa, böyrəklərin zədələnməsinə səbəb ola bilər.
     Siçan zəhəri: Əgər siçan zəhərinin hazırlanmasında tuliumdan (TL) istifadə edilibsə, ondan hətta acazıq qəbul edilməsi qaraciyər yarası və mərkəzi əsəb sistemi pozğunluğuna səbəb olur.
     Atropin tərkibli göz damcıları: Bu dərmanlardan 4-5 damcı içmək bədənin hərarətinin artmasına, bədənə qəfil (qızdırmaya bənzər) istilik gəlməsinə, bəzi hallarda özündəngetməyə səbəb olur.
     Flüor preparatı: Əgər uşaq, adətən, dişlərin çürüməsinin qarşısını almaq üçün istifadə edilən bu preparatın yarım milliqramlığından 50 ədəd, yaxud 1 milliq ramlığından 12-15 ədəd atsa, öyümə və əzələlərin tutulması və təngnəfəsliyə tutulur.
     Oleandr bitkisi: Bu bitkinin hər hansı bir yerinin ağıza qoyulması öyüməyə və ürəyin işində problem yaranmasına səbəb olur. Siqaret (1 yaşlı uşaq üçün hətta onun bir dənəsi), həmçinin dəmir preparatı, xinin, strixnin və aspirin kimi maddə və dərman preparatları da uşaq üçün zəhərli maddə və dərmanlardan sayılırlar.

     2. Zəhərlənmə verməyən maddə və dərmanlar
     Əgər övladınız aşağıdakı maddə və dərmanlardan qeyd edilən miqdarda qəbul etsə, problemlə qarşılaşmaz və zəhərlənməz.
     Antibiotiklər (hətta əgər onun miqdarı normadag 2-5 qat artıq olsa belə);
Vitaminlər (hətta normadan 20-100 qat artıq olsa belə,) əlbəttə, "B" qrupu vitaminləri kompleksi və bəzən "C" vitamini kimi suda həll olunan vitaminlər. Yoxsa ki, "A", "D", "K" və "E" kimi yağda həll olan vitminlər yağdan yaranan zəhərlənməyə bənzər zəhərlənmə yaradırlar;
     Müxtəlif növlü adi kosmetika yağ və kremləri;
     Kiçik sabunlar (sabunun yarısını yemək ancaq ishal və qusmaya səbəb olur); Adi şampunlar (şampundan hətta 3-4 qurtum içmək);
     Mürəkkəb əlbəttə, bir qələm içliyi qədər;
     Kibrit çubuğunun başında olan maddə - əlbəttə 12 ədədə kimi;
     Ev bitkiləri üçün maye gübrələr;
     Diş məcunu - 1 tübik həddində.

Dr. Hüseyn Dehnəvi

Интервью

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Bizim Digər Mənimiz

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Qsdın sirləri

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev