Əgər biz uşaqların oyun oynamasına ciddi diqqət göstərməsək, onları hansı xeyirlərdən məhrum etmiş olanıq?
01 Февраль, 2025
Əgər biz uşaqların oyun oynamasına ciddi diqqət göstərməsək, onları hansı xeyirlərdən məhrum etmiş olanıq?
Oyunun uşaqlara xeyri çoxdur:
1. Ətraf aləmlə tanışlıq: Uşaq oyun vasitəsilə ətraf aləmlə (rənglər, şəkillər, ölçülər, əşyaların materialı və əhəmiyyəti) tanış olur və faydalı məlumatlar əldə edir. Məsələn, o su ilə oynayanda başa düşür ki, bəzi əşyalar suda üzür, bəziləri isə batır.
2. Rahatlıq hissi: Uşaq oynayan zaman özünün uğursuzluqlarının çoxunu uğura çevirir, çatmadığı arzularını reallaşdırır və nəticədə rahatlıq hiss edir.
3. Əzələlərin inkişaf edərək möhkəmlənməsi: Oyun uşağın əzələlərinin inkişaf edərək möhkəmlənməsi üçün mühüm amildir və onun fiziki sağlamlığının rəhnidir. Oyun uşağın böyük və kiçik əzələlərinin hərəkətinə səbəb olur. Yol gedəndə, qaçanda və tullananda bədənin böyük əzələləri, elastik oyuncaqlar (plastilin, yaxud gil ilə), kub fiqurlarla oynayanda isə kiçik əzələləri qüvvətlənir. Oyun uşağın öz bədən üzvlərini idarə etməsini daha da yaxşılaşdırır, onun fiziki tarazlığını qüvvətləndirir.
4. Nitq qabiliyyətinin güclənməsi: Uşaq öz həmyaşıdları ilə oynayanda daha çox sözdən istifadə etmək məcburiyyətindədir və bunun da nəticəsində onun nitq qabiliyyəti güclənir.
5. Hisslərin güclənməsi: Oyun zamanı uşağın hissləri, xüsusilə onun lamisə, görmə və eşitmə hissləri güclənir.
6. Yaradıcılıq hissinin yaranması: Oyun uşaqda yaradıcılıq hissinin yaranmasında mühüm rol oynayır. Çünki o həmin vaxt daha yaxşı və daha tez nəticə əldə etmək üçün plan hazırlamağa çalışır. Uşaqların oynaması məsələsinə diqqət etməmək onları bu faydalardan məhrum edir.
Dr. Hüseyn Dehnəvi