Uşaqlar ilk 7 yaşda necə tərbiyə olunmalıdır?
Allah rəsulu (s) buyurmuşdur: "Uşaq ilk 7 ildə rəis və ağadır."
Vəsailuş-şiə, cild 15, səh. 195
Tərbiyədəki tələblər: Ata, ana və tərbiyəçinin vəzifəsidir ki, uşağı ilk 7 ildə ağalıq, kəramət və insaniyyət səviyyəsinə yetirsinlər ki, uşaq növbəti dövrdə Allahın muxatəbi dərəcəsində qərar tuta bilsin. Çünki kərim və əziz olan insan Allahın müraciət ünvanladığı şəxs olur, lakin özünə dəyər verməyən, zəlil insana Allah da dəyər verməz və onu muxatəb ünvanında seçməz.
Höccətül-islam Dəsmi
Tərcümə: Səriyyə Mahmudova
"Keraamat" saytına istinadən