Doqquz yaşlı qızım məktəbdə dost tapa bilmir. Bu məsələ məni çox narahat edir. Sizcə, mənim onu dost tapmaq üçün təşviq etməyimə lüzum varmı?
19 Июль, 2025
Doqquz yaşlı qızım məktəbdə dost tapa bilmir. Bu məsələ məni çox narahat edir. Sizcə, mənim onu dost tapmaq üçün təşviq etməyimə lüzum varmı?
Düzdür, uşağın dostlarının müsbət təsirləri var, lakin ola bilər, sizin övladınız özünəqapanan olsun və təklikdən daha çox ləzzət alsın. Buna görə də onu dost seçməyə məcbur etməyin. Sadəcə siz onun münasib həmyaşıdları ilə dostluq etməsinə şərait yarada bilərsiniz.
Ola da bilər, sizin övladınız həmyaşıdları ilə dost olmaq istəyir, amma utancaqlıq səbəbindən, yaxud ünsiyyət yaratmaq yollarını bilmədiyi üçün onlarla dost olmur. Bu halda aşağıdakı yollardan istifadə edərək ona kömək edin:
1. Övladınızda daha böyük maraq yaratmaq üçün onu yaxşı dostun dəyəri ilə tanış edin.
2. Ona başa salın ki , dost tapmaq ictimai məharətdir və özünə yaxşı dost tapa bilməyən şəxs bacarıqsızdır.
İmam Əli buyurur:
"İnsanların ən acizi özünə dost tapmaqda aciz olan kəsdir".
3. Ona başa salın ki, məktəbdə dostluğa başlamaq üçün əvvəl onun kimi tək olan şagirdin yanına getsin və salam verib özünü təqdim edəndən sonra desin: "Mənimlə dost olmaq istəyirsən?"
4. Ona başa salın ki, uşaqların kollektiv oyunlarına qatılsın. Salam verib onlarla oynamaq üçün icazə alsın. Uşaqlar adətən bu cür təklifləri müsbət qarşılayırlar.
Dok. Hüseyn Dehnəvi