Связаться с нами

Образование детей

Oyunca və təhlükə

30 Сентябрь, 2024

Oyuncaq alanda hansı şeylərə riayət etmək lazımdır ki, uşaq üçün təhlükə yaranmasın?

     Bir yaşdan aşağı uşaqlar üçün oyuncaq alınmasında olduqca mühüm məsələ onun növü və ölçüsüdür. Bəzi oyuncaqlar bu yaşda olan uşaqlar üçün olduqca təhlükəlidir. Bu yaşda olan uşaqlara verilən oyuncaqların ölçüsü 3, yaxud 4 santimetrdən az olmamalıdır. Çünki bu yaşda olan uşaqlar hər şeyi ağızlarına ötürürlər və onu uda bilərlər.
     Bəzən oyuncağın özü böyük olsa da, o, (göz, burun, kiçik batareya və s.) ayrılan hissələrə malik olur ki, bu yaşda olan uşaqlar hər şeyə maraq göstərdikləri üçün onun həmin hissəni ayıraraq udması təhlükəsi ortaya çıxır. Bəzi hallarda da bir yaşdan aşağı uşaqlar ailənin böyük övladının oyuncaqlarına tərəf gedirlər. Buna görə də mütləq böyük övladınıza başa salın ki, otağında, yaxud da valideynlər onun kiçik bacı və ya qardaşına nəzarət edəndə oynasın.
     Böyük övladınızı oyuncaqların onun kiçik bacı və qardaşı üçün olan ehtimal edilən təhlükəsindən xəbərdar edin.
     Bəzən də oyuncaq böyük olur və bu cəhətdən heç bir təhlükə doğurmur, lakin, təəssüf ki, onun göz, qaş və ağzını göstərmək üçün kimyəvi rənglərdən istifadə edilir ki, bu da sizin övladınızın zəhərlənməsinə səbəb ola bilər. Tüklü oyuncaqlar da astması olan uşaqlar üçün problem yaradır.
     Sizdən bir yaşdan aşağı uşaqlara şar almamağı xahiş edirik. Çünki şar partlayanda onlar qorxu və vahiməyə düşə bilərlər. Həmçinin şarın partlaması onların üzünə xəsarət yetirə bilər.
     Kiçik deşiyi olan oyuncaqlarda uşağın barmaqlarının həmin deşiklərə ilişib qalması ehtimalı, ipli oyuncaqlarda onların uşağın boynuna dolaşması ehtimalı var. Buna görə də təhlükəsizlik üçün qeyd edilən məqamlara diqqət edin.

Dr. Hüseyn Dehnəvi

Статьи

03 Апрель, 2024

Yaxşı plan – sadə plandır

06 Апрель, 2024

Vaxtımızın oğruları

Tövsiyyə olunan təqlər

Tövsiyyə kitablar

Muhsin Abbasivələdi

Serq Ekspresinde Qetl

Seyid Əlirza Təraşiun

Cənnət kimi bir ev

Seyid Əlirza Təraşiun

Qsdın sirləri